Cəlilabadda müşavirə keçirildi – FOTOLAR

XƏBƏR XƏTTİ
Dünyanın ən güclü universitetləri bəlli oldu – TOP 10•Cəlilabadda müşavirə keçirildi – FOTOLAR•Kiyevə hücumda Lənkəran sakini həlak oldu – FOTO•Prezident qəbul keçirdi – FOTOLAR•Ombudsmanın maaşı 4 dəfə artırılaraq – 12 min manat oldu•Sabahın havası açıqlandı•Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır – FOTO•Nazir onu “Tiktok”da gördü — Dərhal tapşırıq VERDİ•Dünyanın ən güclü universitetləri bəlli oldu – TOP 10•Cəlilabadda müşavirə keçirildi – FOTOLAR•Kiyevə hücumda Lənkəran sakini həlak oldu – FOTO•Prezident qəbul keçirdi – FOTOLAR•Ombudsmanın maaşı 4 dəfə artırılaraq – 12 min manat oldu•Sabahın havası açıqlandı•Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır – FOTO•Nazir onu “Tiktok”da gördü — Dərhal tapşırıq VERDİ•

Cəlilabad rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı müşavirə keçirilib.

Mecra.az xəbər verir ki, tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, digər aidiyyəti qurumların nümayəndələri, fermer və sahibkarlar iştirak ediblər.Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov rayonda kənd təsərrüfatının mövcud vəziyyəti, inkişaf perspektivləri və qarşıda duran vəzifələr barədə məlumat verib.

İcra Hakimiyyətinin başçısı Dövlət Proqramının rayon üçün əhəmiyyəti, fermer və sahibkarlar üçün dövlət dəstəyinin önəmini qeyd edib. Həmçinin Kənd Təsərrüfatı Nazirliyi ilə Rayon İcra Hakimiyyəti arasında əlaqələndirilmiş fəaliyyətin vacibliyini vurğulayıb. Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Dövlət Proqramının əsas hədəfləri, kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə nəzərdə tutulan tədbirlər və dövlət dəstəyi mexanizmləri barədə məlumat verib. Yeni mexanizmlər müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, məhsuldarlığın artırılması, emal və ixracyönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması və ərzaq təminatının gücləndirilməsinə yönəlib. Fermerlərin dövlət dəstəyi mexanizmlərindən səmərəli yararlanmasının vacibliyi diqqətə çatdırılıb.

Tədbirdə kənd təsərrüfatı istehsalçılarının dövlət dəstəyi alətlərindən yararlanma imkanları, subsidiyalaşdırma mexanizmləri, aqrar sığortanın tətbiqi, kənd təsərrüfatı fəaliyyəti üçün maliyyə resurslarına çıxış və güzəştli kredit imkanları müzakirə olunub.Sonda fermer və sahibkarların sualları cavablandırılıb, səsləndirilən təkliflər dinlənilib.

Bir mətn şəkili ola bilər

Bir platforma və mətn şəkili ola bilər

Bir bir və ya daha çox şəxs şəkili ola bilər

Bir platforma və mətn şəkili ola bilər

Bir bir və ya daha çox şəxs şəkili ola bilər

Bir mətn şəkili ola bilər

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt