Müasir texnologiyalara və kadrlara diqqət

XƏBƏR XƏTTİ
Bakı sakininin maşını Şuşada minaya düşdü•Prezident 3 rayona icra başçısı təyin etdi•Müştərilərə bazarda “yaş” adı ilə suya salınmış qoz satılır – AQTA susur – Ekspert•Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri açıqlandı•Göytəpə şəhərində şəhidlərin xatirəsi yad edildi – FOTOLAR•Bakıdan Naxçıvana reyslər təxirə salındı•Cəlilabadda itkin düşən qadınla bağlı İLGİNC DETAL: “Bizi görüb qaçdı” – VİDEO•Bizi heç bir çətinlik qorxutmur•Bakı sakininin maşını Şuşada minaya düşdü•Prezident 3 rayona icra başçısı təyin etdi•Müştərilərə bazarda “yaş” adı ilə suya salınmış qoz satılır – AQTA susur – Ekspert•Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri açıqlandı•Göytəpə şəhərində şəhidlərin xatirəsi yad edildi – FOTOLAR•Bakıdan Naxçıvana reyslər təxirə salındı•Cəlilabadda itkin düşən qadınla bağlı İLGİNC DETAL: “Bizi görüb qaçdı” – VİDEO•Bizi heç bir çətinlik qorxutmur•

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən tədbirdə deyib ki, yeni texnologiyaların əldə edilməsi sahəsində neft-qaz sənayesindəki təcrübəmiz yaxşı nümunədir. 1994-cü ildə Hasilatın pay bölgüsü haqqında Saziş imzalananda Qərbin enerji şirkətlərində çalışan əməkdaşların 90 faizindən çoxu əcnəbilər idi. İndi isə yəqin ki, əcnəbi əməkdaşların payı təxminən 5 faizdir. Bu, ölkənin inkişafına və potensialının formalaşdırılmasına misilsiz töhfə oldu. Hazırda çoxsaylı Azərbaycan vətəndaşı müxtəlif şirkətlərdə qlobal miqyasda fəaliyyət göstərir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev daha sonra bildirib ki, Azərbaycanın savadlılıq səviyyəsinin 100 faizə yaxın olduğunu və təhsil sahəsində çox böyük işlərin görüldüyünü nəzərə alsaq, kadr hazırlığı və potensialın gücləndirilməsi son dərəcə mühüm olacaq. 2003-cü ildə ilk dəfə Prezident seçildikdən dərhal sonra gənclərimizin xaricdə təhsil alması məqsədilə Dövlət Proqramı qəbul etdik. O vaxtdan bəri minlərlə, bəlkə də on minlərlə gəncimiz xaricdə təhsil alıb və onların mütləq əksəriyyəti geri qayıdıb. Beləliklə, bu, satın ala bilməyəcəyimiz bir potensialın formalaşdırılmasıdır

Aparıcı şirkətlərin ən yaxşı təcrübələri və qabaqcıl yanaşmaları bizim üçün çox vacib olacaq.  Bu məqsədlə biz qonşularımızla fəal əməkdaşlıq prosesindəyik. Regionumuzdakı geosiyasi vəziyyət dəyişib, beş il əvvəlki vəziyyətə qayıtsa belə, biz hələ də təchizatçılar üçün cəlbedici olmalıyıq.

Beləliklə, iqtisadiyyatımız daha da şaxələndiriləcək. Bu gün ÜDM-un 70 faizindən çoxu qeyri-neft sektorunun payına düşür. Lakin ixracımızın hələ də 90 faizindən çoxu neft və qazın payına düşür. Biz bu göstəricini yaxşılaşdırmalıyıq və ümid edirik ki, bizimlə əməkdaşlıq etmək qərarına gələcək qonaqlarımızın köməyi ilə buna nail olacağıq.

Vüqar Cavadov,

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad rayon   

gənclər və idman sektorunun müdiri         

           

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt