Bizi heç bir çətinlik qorxutmur

XƏBƏR XƏTTİ
Bakı sakininin maşını Şuşada minaya düşdü•Prezident 3 rayona icra başçısı təyin etdi•Müştərilərə bazarda “yaş” adı ilə suya salınmış qoz satılır – AQTA susur – Ekspert•Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri açıqlandı•Göytəpə şəhərində şəhidlərin xatirəsi yad edildi – FOTOLAR•Bakıdan Naxçıvana reyslər təxirə salındı•Cəlilabadda itkin düşən qadınla bağlı İLGİNC DETAL: “Bizi görüb qaçdı” – VİDEO•Bizi heç bir çətinlik qorxutmur•Bakı sakininin maşını Şuşada minaya düşdü•Prezident 3 rayona icra başçısı təyin etdi•Müştərilərə bazarda “yaş” adı ilə suya salınmış qoz satılır – AQTA susur – Ekspert•Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri açıqlandı•Göytəpə şəhərində şəhidlərin xatirəsi yad edildi – FOTOLAR•Bakıdan Naxçıvana reyslər təxirə salındı•Cəlilabadda itkin düşən qadınla bağlı İLGİNC DETAL: “Bizi görüb qaçdı” – VİDEO•Bizi heç bir çətinlik qorxutmur•

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bəyan edib ki, bugünkü dünyada ən önəmli amillərdən biri siyasi və iqtisadi sabitlikdir. Bu proses Azərbaycanda artıq 30 ildən çoxdur ki, davam edir. Biz 1990-cı illərdə müstəqilliyimizin erkən dövründən bəri çətinliklər yaşamışıq, Ermənistan ərazimizi işğal edib, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb. 1990-cı illərin əvvəlində bizim 1 milyon qaçqın və məcburi köçkünümüz var idi. O zaman əhalimiz 8 milyon idi. Beləliklə bu, əslində humanitar fəlakət idi. Vətəndaş müharibəsi gedirdi və iqtisadiyyat tamamilə xaos içində idi.

Bu gün siyasi və iqtisadi sabitlik mühüm amildir. Biz qlobal iqtisadiyyatın inkişafının ümumi tendensiyalarına uyğun hərəkət etmək istəyirik. Bunun üçün əlbəttə, qlobal rəqəmsal infrastruktur şirkətləri ilə, əməkdaşlıq etməliyik ki, Azərbaycana investisiya imkanları baxımından diqqət yetirilsin. Təhlükəsizlik və sabitlik, əlverişli investisiya mühiti, proqnozlaşdırıla bilən vergi sistemi, həmçinin investisiya üçün əlverişli iqtisadi mühit barədə artıq qeyd etdiyim bütün bu amillər bunun üçün zəruri ilkin şərtləri yarada bilər.

Azərbaycan dünyada neftin hasil edildiyi ilk məkan olub, -Sonra müstəqilliyimiz əlimizdən alındı və biz böyük bir imperiyanın tərkibinə daxil olduq və qiymətli sərvətimiz bizdən alındı. O zaman ölkədə bazar iqtisadiyyatının, azadlıqların olmamağı ilə bərabər, hətta neft-qaz sənayesi belə tamamilə dağılmış vəziyyətdə idi. 1991-ci ildə müstəqilliyimizi bərpa edənə qədər qazı xaricdən alırdıq, enerji qıtlığı var idi, vətəndaş müharibəsi gedirdi, Ermənistanın təcavüzü və torpaqlarımızın işğalı ilə üzləşmişdik. Bu işğal 30 il davam etdi və biz torpaqlarımızı güc yolu ilə azad etdik. Azərbaycan tamamilə süquta uğramaq təhlükəsi ilə üz-üzə idi. Beləliklə, 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdə ölkə tamamilə iflasa uğramağın astanasında idi. Lakin ayağa qalxmağı bacardıq və bu gün möhkəm dayanmışıq.

Xudayar  Tağıyev,

 Sahibkar                                                                              

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt