Loqistikanın təkmilləşdirilməsi və inkişafı mühüm şərttir

XƏBƏR XƏTTİ
Bakı sakininin maşını Şuşada minaya düşdü•Prezident 3 rayona icra başçısı təyin etdi•Müştərilərə bazarda “yaş” adı ilə suya salınmış qoz satılır – AQTA susur – Ekspert•Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri açıqlandı•Göytəpə şəhərində şəhidlərin xatirəsi yad edildi – FOTOLAR•Bakıdan Naxçıvana reyslər təxirə salındı•Cəlilabadda itkin düşən qadınla bağlı İLGİNC DETAL: “Bizi görüb qaçdı” – VİDEO•Bizi heç bir çətinlik qorxutmur•Bakı sakininin maşını Şuşada minaya düşdü•Prezident 3 rayona icra başçısı təyin etdi•Müştərilərə bazarda “yaş” adı ilə suya salınmış qoz satılır – AQTA susur – Ekspert•Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri açıqlandı•Göytəpə şəhərində şəhidlərin xatirəsi yad edildi – FOTOLAR•Bakıdan Naxçıvana reyslər təxirə salındı•Cəlilabadda itkin düşən qadınla bağlı İLGİNC DETAL: “Bizi görüb qaçdı” – VİDEO•Bizi heç bir çətinlik qorxutmur•

Biz dəmir yollarına, dəniz limanlarına, hava yolu ilə yükdaşımalara və avtomobil yollarına böyük həcmdə investisiya yatırdıq. Dəmir yollarımızın 60 faizi elektrikləşdirilib və bu proses davam edir. Bizim bütün qonşularla, həmçinin ölkə daxilində dəmir yolu əlaqəmiz mövcuddur. Beləliklə, bu, mühüm bir mərhələ idi. Tranzit ölkəyə çevrilmək üçün bizim, sözsüz ki, qonşularımız və qonşularımızın qonşuları ilə yaxşı münasibətlərə ehtiyacımız var idi. Əks halda, dənizə çıxışı olmayan bir ölkə olaraq, nə qədər çox çalışsanız da, uğur qazana bilməzsiniz. Bu da həyata keçirildi. Bu gün bütün qonşularla münasibətlər çox aydın, ən əsası isə proqnozlaşdırıla biləndir.

Bu fikirləri Möhtərəm Prezidentimiz cənab  İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən tədbirdə söyləyib.

Bundan əlavə, biz elə bir mühit və təşviq mexanizmi yaratmalı idik ki, təchizatçılar Azərbaycanı seçsinlər. Biz bunu hətta həmin geosiyasi dəyişiklikdən əvvəl etdik. Çünki beş il bundan əvvəl ənənəvi təchizat zəncirlərinin pozulacağını təsəvvür belə etmək çətin idi. Beləliklə, biz elə bir fiziki və inzibati mühit yaratmaq istədik ki, təchizatçılar Azərbaycan ərazisindən keçən multimodal daşımalardan istifadəni seçsinlər.

Bu gün biz istər Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətlərində Azərbaycan vasitəsilə həyata keçirilən daşımalara tələbatın artdığını müşahidə edirik. Biz bu iki mühüm qovşaq üzərində yerləşirik. Yeri gəlmişkən, biz hər iki nəqliyyat dəhlizinin fəal iştirakçısı olan az sayda ölkələrdən biriyik. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmində sürətli artım var. Bu il həmin göstərici 16 milyon tona çatacaq. Lakin hədəf 2030-cu ilədək daşımaların həcmini 25 milyon tona, bəlkə də daha yüksək səviyyəyə çatdırmaqdır

Hikmət Qələmov,                                                                                                                  

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının  Zopun                                        

kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt