Ərdoğandan BMT ilə bağlı təklif

XƏBƏR XƏTTİ
İlham Əliyev xanımı ilə Zəngilanı gəzdi – VİDEO•Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər•Vətən müharibəsində şəhidlər döyüş meydanından necə çıxarılıb? – XTQ-nin giziri danışır – VİDEO•“Qızım doğulandan iki gün sonra həyat yoldaşımla vidalaşıb qapıdan çıxdım” – VİDEO•“Cəmi 6 ilə 100 minə yaxın insan köçürmüşük”•İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü – VİDEO•Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu – VİDEO – FOTOLAR•Kamran Əsədovun 3 il həbsi tələb edildi•İlham Əliyev xanımı ilə Zəngilanı gəzdi – VİDEO•Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər•Vətən müharibəsində şəhidlər döyüş meydanından necə çıxarılıb? – XTQ-nin giziri danışır – VİDEO•“Qızım doğulandan iki gün sonra həyat yoldaşımla vidalaşıb qapıdan çıxdım” – VİDEO•“Cəmi 6 ilə 100 minə yaxın insan köçürmüşük”•İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü – VİDEO•Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu – VİDEO – FOTOLAR•Kamran Əsədovun 3 il həbsi tələb edildi•

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatında (BMT) genişmiqyaslı islahatlar həyata keçirməyə çağırıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “Bloomberg” agentliyi üçün yazdığı “BMT Təhlükəsizlik Şurasının veto hüququnu ləğv etməlidir” sərlövhəli məqaləsində yazıb.

Ərdoğanın təklif etdiyi islahatlar BMT Təhlükəsizlik Şurasının veto hüququnun ləğvini, daimi üzvlük institutundan imtina edilməsini və Baş Assambleyanın səlahiyyətlərinin gücləndirilməsini nəzərdə tutur.

Onun fikrincə, Təhlükəsizlik Şurasının imtiyazlı üzvlərinin sayının artırılması səlahiyyətlərin məhdud dövlətlər qrupunun əlində cəmləşməsi problemini həll etməyəcək.

“İslahat eyni imtiyazın digər dövlətlərə verilməsi demək deyil”, – o vurğulayıb.

Türkiyə lideri həmçinin BMT TŞ-nin formalaşdırılması prinsipinin dəyişdirilməsi ideyasını müdafiə edib. Onun qənaətinə görə, orada daimi üzvlər olmamalıdır, ölkələr Baş Assambleyada müəyyən müddətə və rotasiya əsasında seçilməlidir. Ərdoğan bu kontekstdə Ankaranın irəli sürdüyü, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünü nəzərdə tutan “Dünya beşdən böyükdür” prinsipini bir daha diqqətə çatdırıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt