Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun rəhbərliyi ilə RİH-in məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri şəhid kiçik leytenant Tural Cahangirovun məzarını ziyarət ediblər.
Mecra.az xəbər verir ki, ziyarət zamanı şəhidin məzarı önünə gül dəstələri düzülüb, onun əziz xatirəsi ehtiramla yad olunub, ruhuna dualar oxunub.
Anım mərasimində çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Tural Cahangirovun ailəsinə dərin hüznlə başsağlığı verərək qeyd etmişdir ki, şəhidimizin xatirəsini hər zaman xalqımızın yaddaşında yaşayacaq və qürurla anılacaq. O, çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və 23 saatlıq antiterror tədbirlərində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında göstərdikləri şücaətlə düşmənə layiqli yerini göstərməklə yanaşı, dövlətimizin və ordumuzun gücünü, qüdrətini də bütün dünyaya nümayiş etdirdi. Suverenliyimizin bərpası ilə üçrəngli bayrağımız bütün ölkə ərazisində qürurla dalğalanır.
Daha sonra şəhidin ruhuna ehsan verilib. Mərasimdə şəhid kiçik leytenant Tural Cahangirovun əziz xatirəsi bir daha ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya öz minnətdarlıqlarını qeyd ediblər.

👁 6 baxış
