Şəhidlərimizin qanı yerdə qalmadı

XƏBƏR XƏTTİ
Türkiyədə iki maşında 8 cəsəd tapıldı•Bu şəxslər 3600 manat maaş alacaq•Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib•“Bu etimadı bundan sonra da vicdanlı əməyimlə doğrultmağa çalışacağam”•Övladlığa götürülən şəxslərə də “məcburi köçkün” statusu veriləcək•Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək•Məcburi köçkün statusunun verilməsində yeni qayda•DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi – VİDEO•Türkiyədə iki maşında 8 cəsəd tapıldı•Bu şəxslər 3600 manat maaş alacaq•Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib•“Bu etimadı bundan sonra da vicdanlı əməyimlə doğrultmağa çalışacağam”•Övladlığa götürülən şəxslərə də “məcburi köçkün” statusu veriləcək•Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək•Məcburi köçkün statusunun verilməsində yeni qayda•DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi – VİDEO•

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Müsəlman Dini İdarə Rəhbərləri ilə keçirdiyi görüşdə bildirib ki, otuz il ərzində işğal dövründə Qarabağda Ermənistan dövləti bir daşı daş üstə qoymamışdır, bir bina tikməmişdi, ancaq öz yırtıcı, rüşvətxor və qaniçən rəhbərləri üçün villalar, imarətlər tikmişdir. İndi gedib görərsiniz, biz 4-5 il ərzində bütün o böyük ərazini, – təqribən 15 min kvadratkilometrə yaxın olan ərazi, – yəni bir ölkə boyda ərazini hansı hala gətirdik.

Bütün bu əzablara, işgəncələrə, soyqırımlara baxmayaraq, biz Ermənistana, Ermənistan xalqına qarşı adekvat addım atmamışıq. İkinci Qarabağ müharibəsi zamanı biz ancaq hərbi birləşmələri atəşə tutmuşduq. Biz Ermənistandan fərqli olaraq, əliyalın, mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq. Bu, bizim xalqımızın mentalitetinə də, adətlərinə də ziddir. Mən hələ müharibə dövründə demişdim ki, biz intiqamımızı, qisasımızı döyüş meydanında almalıyıq və artıqlaması ilə aldıq da. Şəhidlərimizin qanı yerdə qalmadı. Biz şəhidlərimizin qanını düşməndən aldıq, düşməni məhv etdik, təslim olmağa məcbur etdik. Bir daha deyirəm, bu gün müzəffər xalq kimi qürurla yaşayırıq, qururluyuq.

Erməni işğalı dövründə tarixi abidələrin də saxtalaşdırılmasına cəhd göstərilmişdi. Lakin tarixi sənədlər və daş kitabələr bu abidələrin Azərbaycan ərazisində mövcud olmuş qədim Alban dövləti tərəfindən yaradıldığını göstərir və onların erməni kilsələrinə aidiyyəti olmadığını təsdiqləyir.

Bu gün Qarabağda və Şərqi Zəngəzurda artıq 48 şəhər və kənddə insanlar yaşayır. Yəni keçmiş köçkünlər qayıdıb, orada işləyənlər, təhsil alanlar məskunlaşıb. “Böyük Qayıdış” Proqramı uğurla icra edilir. Bax, dediyim bu şəhər və kəndlərdə artıq 90 mindən çox insan yaşayır. Yəni həyat qayıdıb və bu, bizim böyük nailiyyətimizdir, tarixi nailiyyətimizdir. Xalqımız 30 il ərzində əzab-əziyyət içində yaşayıb. Bu gün isə qalib xalq kimi, müzəffər dövlət kimi yaşayırıq.

 Rafiq Hüseynov,

 YAP Cəlilabad RT, Kürdlər ƏPT-nin sədri                                                                                                   

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt