XXI əsr türk əsridir. Bu gün Türk dünyası sözün əsl mənasında özünün yüksəliş və tərəqqi dövrünü yaşayır. Bəşər mədəniyyətinə böyük töhfələr verən, zaman-zaman insanlığın inkişaf axarını dəyişdirən, tarixən yaratdıqları dövlətlər, mədəniyyət, elm, hərb sənəti və ticarət ilə dünya sivilizasiyalırnı əhəmiyyətli dərəcədə zənginləşdirən, fərqli din və etnik qrupları ədalət və tolerantlıq prinsipləri ilə bir arada yaşatmağın ən mükəmməl modelini quran, İslamın Qızıl Çağında dünya elm xəzinəsinə əvəzsiz töhfələr verən Tükdilli xalqları ortaq etnik köklər, dil, mədəniyyət və ənənələr möhkəm ailə kimi qırılmaz bağlarla birləşdirir.
Böyük coğrafi məkanı əhatə edən, qədim tarixə, zəngin mədəniyyətə Avropa ilə Asiyanı birləşdirən nəqliyyat dəhlizlərinə, zəngin təbii ehtiyatalara, müsbət demoqrafik dinamikaya malik olan Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkəmiz daim Türk dünyasının sıx birləşməsinə böyük töhfələr verib.
Azərbaycan Resublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən bildirib ki, müxtəlif formatlarda müzakirə olunan məsələlər beynəlxalq gündəliyi, beynəlxalq təhlükəsizliyi, multikulturalizm, ticarət, nəqliyyat, ümumilikdə humanitar əməkdaşlıqla bağlı məsələləri əhatə edir.
Azərbaycan daim Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir. Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir. Azərbaycanın Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik münasibətlərini rəsmiləşdirən müqavilə, bəyannamələr imzalaması bu istiqamətdə atdığı addımların bariz nümunələrindəndir. TDT-nin yaradılmasında fəallıq göstərən Türkiyə və Azərbaycan ümumi dostluq və qardaşlığın nüvəsini təşkil edirlər. Bu iki dövlətin onilliklər boyu təcrübəsi deyilənlərə ən yaxşı sübutdur. Prezidentlər Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin Özbəkistana, Qazaxıstana, Türkmənistana və Qırğızıstana dövlət səfərləri, bu istiqamətdə aparılan danışıqlar, birgə layihələr, əldə edilən nailiyyətlər inamla belə deməyə əsas verir. Çox keçməz ki, Azərbaycan Prezidentimizin göstərdiyi yeni hədəflərə də çatar, TDT dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarından birinə çevrilər. Türk dövlətləri arasında əməkdaşlıq artıq yalnız tarixi və mədəni yaxınlıq üzərində deyil, konkret iqtisadi, nəqliyyat və humanitar layihələr üzərində də möhkəmlənir. Bu imkanları vahid əməkdaşlıq məkanında daha səmərəli birləşdirmək TDT-nin qarşısında duran mühüm vəzifələrdəndir. Əminliklə demək olar ki, geniş coğrafiyada ortaq maraqlara, zəngin iqtisadi və enerji potensialına, mühüm nəqliyyat bağlantılarına, gənc nəslə, qarşlıqlı etimad üzərində qurulmuş əməkdaşlığa, qardaşlıq iradəsinə malik TDT bu gün Avrasiyada böyük gücə çevrilmək yolunda inamla irəliləyir.
Səadət İsmayılova,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı
👁 7 baxış
