Ermənistanın Qafqaz Albaniyası irsinə münasibəti  nasist yanaşmadır

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzur torpaqlarına səfərləri olduqca yerinə düşür. Diplomatların Bakıda verilən məlumatları dinləməsi ilə həmin ərazilərə gedərək real vəziyyəti öz gözləri ilə görməsi arasında ciddi fərq var. Bu baxımdan səfərin əsas siyasi mesajı belədir: Azərbaycan Qarabağda hərbi mərhələdən sonra quruculuq, reinteqrasiya və dayanıqlı inkişaf mərhələsinə keçdiyini nümayiş etdirir.

Qarabağa və Şərqi Zəngəzura avqustun 11-12-də baş tutmuş səfər çərçivəsində diplomatlar Ağdərədəki Gəncəsər və Kəlbəcərdəki Xudavəng monastır komplekslərini ziyarət ediblər.

Diplomatik korpusa bu qədim xristian abidələrinin əsl tarixi-memarlıq xüsusiyyətləri, eləcə də işğal dövründə ermənilər tərəfindən məruz qaldığı müdaxilə, dəyişdirilmə və saxtalaşdırma faktları ilkin sənədlər və vizual sübutlarla göstərilib. Bu, xarici ölkələrin erməni təbliğatına olan inamını kökündən sarsıdır. Bu tədbirə erməni revanşist qüvvələrin reaksiyası tamamilə yersizdir. Ermənistanın, ümumiyyətlə Qafqaz Albaniyası irsinə reaksiyası irqçilik kimi qiymətləndirilə bilər.

Sual olunur: necə ola bilər ki, Ermənistan Gəncəsər və Xudavəngi erməni irsi kimi təqdim edir, lakin öz ərazisində Azərbaycan tarixi-mədəni irsinin mövcudluğunu inkar edir! Belə narrativ formalaşdırılır ki, Azərbaycan ərazisində tarixən ermənilər yaşayıb, lakin müasir Ermənistan ərazisində guya azərbaycanlılar yaşamayıb. Bu, özlüyündə rasist yanaşmadır.

Qafqaz Albaniyasının Azərbaycan torpaqlarında mövcudluğu dünya tarix elminə yaxşı məlumdur. Ermənistan cəmiyyətində Qafqaz Albaniyasının və onun mədəni irsinin inkarı, faktiki irqçilikdir. Ermənistan həqiqətə dözümsüzdür. Azərbaycan Respublikasının ərazisindəki bütün tarixi və mədəni abidələr Azərbaycan dövlətinə və xalqına məxsusdur, dövlət tərəfindən bütün məsuliyyəti ilə qorunur.

Səfər diplomatlara Azərbaycanın üzləşdiyi kütləvi mina təhdidinin miqyasını göstərməklə yanaşı, Ermənistanın destruktiv siyasətini beynəlxalq hesabatlara daxil etmək üçün zəmin yaradıb

 Məlik Əliyev,

YAP veteranı, təqaüddə olan həkim                                                                                   

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt