Türkiyədə daha bir əməliyyat keçirildi – 1600-dən çox adam saxlanıldı

XƏBƏR XƏTTİ
Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•

Türkiyədə mütəşəkkil cinayət dəstələrinə qarşı ölkə miqyasında “Küçələr Təhlükəsizlikdədir” (Sokaklar Güvende) adlı nəhəng xüsusi əməliyyat keçirilib.

“Qafqazinfo” “TRT Haber”ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek sosial şəbəkə hesabında məlumat paylaşıb.

Nazirin sözlərinə görə, Baş Prokurorluğun koordinasiyası ilə keçirilən 151 əməliyyatda 11 mindən çox hüquq-mühafizə əməkdaşı iştirak edib:

“Ümumilikdə 2594 şübhəli barəsində hüquqi tədbir görülüb, 1613 şəxs gözaltına alınıb, 618 nəfər haqqında isə həbs qətimkan tədbiri çıxarılıb. Axtarışlar zamanı 199 odlu silah, 2 əl qumbarası, 37 kiloqramdan çox narkotik maddə və 10 mindən artıq həb müsadirə olunub. Cinayətkar şəbəkələrin maliyyə resurslarını hədəf alan soruşdurma çərçivəsində 26,9 milyard lirəlik dövriyyə müəyyən edilib, 408 bank hesabına, 35 daşınmaz əmlaka, 31 avtomobilə və 10 şirkətə əl qoyulub”.

Xatırladaq ki, bundan cəmi bir gün əvvəl Türkiyədə LGBTI+ dərnəklərinə, aktivistlərə və gecə klublarına qarşı 15 vilayəti əhatə edən “Ailəm Təhlükəsizlikdədir” (Ailem Güvende) əməliyyatı da keçirilmişdi.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt