Rusiya və Ukrayna həmin razılaşmanı qəbul etdi – Tramp açıqladı

XƏBƏR XƏTTİ
Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•

ABŞ Prezidenti Donald Tramp Ukrayna və Rusiyanın bir-birinin energetika obyektlərinə zərbə endirməmək barədə razılığa gəldiyini bəyan edib.

Mecra.az xəbər verir ki, Tramp bu barədə özünə məxsus “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Ağ Ev rəhbəri Ukraynanın Rusiyanın enerji obyektlərinə hücum etməməyə razılaşdığını, Moskva tərəfinin də analoji öhdəlik götürdüyünü bildirib. Tramp həmçinin dünyada dizel qiymətlərinin bahalaşmasına İranın deyil, məhz Rusiya-Ukrayna müharibəsinin səbəb olduğunu vurğulayıb.

Qeyd edək ki, sentyabrın 7-də Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin Rusiya ilə taxıl və energetika sahələrində kompromisə getməyə hazır olduğunu bəyan etmişdi. Sentyabrın 10-da isə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məsələyə münasibət bildirərək, Rusiyanın hücumlarından sonra Kiyevin çətin vəziyyətdə qaldığını və bu səbəbdən müvəqqəti atəşkəs istədiyini deyib. Peskov hazırda bu mövzuda rəsmi danışıqların aparılmadığını da iddia edib. (Qafqazinfo).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt