Faiq Quliyev dünya auditoriyasına çıxmağa hazırlaşır: yeni videolar rekord izlənmələr toplayır

Azərbaycanlı blogger Faiq Quliyev yaradıcılığında yeni mərhələyə keçməyə hazırlaşır.

Mecra.az-ın məlumatına görə, blogger bildirir ki, artıq hazırladığı yeni videolarda əsas məqsədi yalnız yerli auditoriya ilə kifayətlənməmək, dünya miqyasında izləyici kütləsinə çıxmaqdır.

Faiq Quliyev son dövrlərdə daha geniş auditoriyanın marağını cəlb edə biləcək fərqli formatlarda videolar üzərində çalışdığını deyir. Onun sözlərinə görə, yeni məzmunların hazırlanmasında əsas hədəf beynəlxalq izləyicilərin də marağını qazanmaqdır.

“Artıq qarşıma daha böyük məqsədlər qoymuşam. Dünya auditoriyasına çıxmaq istəyirəm. Hazırladığım yeni videoların izlənmələri məni də təəccübləndirir. Bəzi videolar rekord nəticələr göstərir və bu, mənə daha böyük layihələr hazırlamaq üçün motivasiya verir”, – deyə Faiq Quliyev bildirib.

Blogger hesab edir ki, bu gün yaradıcı insanlar üçün sərhədlər əvvəlki kimi məhdud deyil. Maraqlı və fərqli məzmun hazırlayan hər bir şəxs öz ölkəsindən kənarda da böyük auditoriya qazana bilər.

Faiq Quliyev qarşıdakı dövrdə daha böyük miqyaslı videolar və beynəlxalq auditoriyaya hesablanmış layihələr təqdim etməyi planlaşdırır. Onun sözlərinə görə, məqsədi Azərbaycanı təmsil edən yaradıcı sima kimi dünya miqyasında tanınmaqdır.

👁 63 baxış