Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması və onların problemlərinin yerində öyrənilərək həll edilməsi ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov İnili kənd sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib.
Mecra.az xəbər verir ki, görüşdə rayon icra hakimiyyəti aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli idarə, müəssisə və təşkilatların nümayəndələri, həmçinin kənd sakinləri iştirak ediblər. Qəbul başlamazdan əvvəl Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Səyyar qəbul zamanı Rafiq Cəlilov kənd sakinlərini ayrı-ayrılıqda dinləyərək onların müraciət, təklif və problemləri ilə maraqlanıb. Qaldırılan məsələlərin bir qismi yerindəcə araşdırılıb, rayon icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin həlli ilə bağlı aidiyyəti şəxslərə konkret tapşırıqlar verilib. Səlahiyyətlərdən kənar məsələlərin isə aidiyyəti dövlət qurumları qarşısında qaldırılması tapşırılıb.
Rayon rəhbəri vətəndaşların müraciətlərinin diqqətdə saxlanılacağını, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini və bu məsələlərin şəxsi nəzarətində olduğunu bildirib.
Sakinlər onların müraciət və problemlərinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edib, əhalinin sosial və məişət problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.





👁 65 baxış
