Həbs olunduğu deyilən Leyla Əhmədova haradadır?

XƏBƏR XƏTTİ
“Nənələr”in üzvünün oğlu Ukrayna müharibəsində həlak oldu – FOTO•Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu – FOTO•Bu yollar saat 15:00-dan bağlı olacaq•Bakıya leysan yağacaq: tarix verildi, bu ərazilərdə hazırlıq başladı – SİYAHI•Məhkəmə Rəşid Mahmudov barəsində qərar verib — Şikayətçi tanınmış MÜĞƏNNİDİR•DTX rəisi: “913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb”•“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”•“Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır” – VİDEO•“Nənələr”in üzvünün oğlu Ukrayna müharibəsində həlak oldu – FOTO•Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu – FOTO•Bu yollar saat 15:00-dan bağlı olacaq•Bakıya leysan yağacaq: tarix verildi, bu ərazilərdə hazırlıq başladı – SİYAHI•Məhkəmə Rəşid Mahmudov barəsində qərar verib — Şikayətçi tanınmış MÜĞƏNNİDİR•DTX rəisi: “913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb”•“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”•“Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır” – VİDEO•

Modelyer Leyla Əhmədova ev dustaqlığındadır.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu barədə qərar bu gün Xətai Rayon Məhkəməsi tərəfindən çıxarılıb.

Modeyler özü isə Oxu.Az-a açıqlamasında həbs xəbərini təkzib edib.

“Mən hazırda öz moda evimdəyəm və istəsəniz, görüntülü də danışa bilərik. Yayılan məlumatın heç bir əsası yoxdur.

Yanlış məlumatdır. Xaricdə idim, telefonum sönmüşdü. Bu, mənim düşmənimin işidir, mənim atamın düşməni uğurlarımı gözü götürmədiyi üçün paxıllıqdan bunu edib. Bu il UNESCO mənə qızıl medal verib, muzeyimlə bağlı Azərbaycana gəliblər, muzeyimə baş çəkiblər, atamın düşmənləri də uğurlarımızın üzərinə belə bir ləkə yapışdırmağa çalışırlar”, – deyə L.Əhmədova bildirib.

“Sizin haqqınızda hər hansı cinayət işi açılıbmı?”- sualına cavab olaraq isə bildirib ki, heç bir cinayət işi açılmayıb.

“Belə bir şey olsaydı, prokurorluq özü məlumat yayardı”, – deyə L.Əhmədova qeyd edib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt