Qubadlı Şəhəri Günü

XƏBƏR XƏTTİ
Cəlilabadda açıq ərazidə baş verən yanğın söndürüldü – Video – Yenilənib•“Ümumiyyətlə, Kəramətin adının həmin siyahıya salınması absurddur” – Əsəd Cahangir•Naxçıvan duzu ilə bağlı iddia: “Qayaları üyüdüb satırlar” – Foto/Video•Ustanın işlədiyi evdə meyiti tapıldı•Robert Koçaryanın da həbs müddəti uzadıldı•Xüsusi peşəkarlıq və fədakarlıq•Qubadlı Şəhəri Günü•Qubadlı Vətən müharibəsində•Cəlilabadda açıq ərazidə baş verən yanğın söndürüldü – Video – Yenilənib•“Ümumiyyətlə, Kəramətin adının həmin siyahıya salınması absurddur” – Əsəd Cahangir•Naxçıvan duzu ilə bağlı iddia: “Qayaları üyüdüb satırlar” – Foto/Video•Ustanın işlədiyi evdə meyiti tapıldı•Robert Koçaryanın da həbs müddəti uzadıldı•Xüsusi peşəkarlıq və fədakarlıq•Qubadlı Şəhəri Günü•Qubadlı Vətən müharibəsində•

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 25 oktyabr tarixi Qubadlı Şəhəri Günü kimi qeyd olunur.

Qubadlıda Azərbaycan Bayrağını ucaldan və şəhərin azad olunmasının hərbi əhəmiyyətindən danışarkən deyib: “Qubadlı əməliyyatının çox böyük əhəmiyyəti var idi. Çünki Qubadlıdan sonra biz Şuşa şəhərini işğaldan azad etdik. Oktyabrın 25-də Qubadlı azad olundu və noyabrın 8-də Şuşa şəhəri azad edildi. Beləliklə, düşmən təslim olmağa məcbur oldu”.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində Qubadlı rayonu 238 şəhid verib, 190 nəfər əlil olub, 78 nəfər itkin düşüb. Torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə göstərdiyi rəşadətə görə Qubadlıdan 10 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Rayonun 300-ə yaxın sakini könüllü olaraq Vətən müharibəsində iştirak edib. Onlardan 11-i şəhid olub, 40 nəfərdən çoxu döyüşlərdən qazi kimi qayıdıb. Rayonun Yusifbəyli kəndindən olan əsgər Vüsal Yaqubov ən gənc yaşda – 19 yaşında Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

İndi Qubadlıda həyat yenidən canlanır. Düşməndən təmizlənən ərazidə bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Şərqi Zəngəzurun qərb hüdudu olan Qubadlıda tikinti işləri plan üzrə aparılır. 2023-cü il mayın 4-də Prezident İlham Əliyev Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəb binasının, rayonun Xınalıq, Mahruzlu, Zilanlı kəndlərinin təməlini qoyub. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Qubadlı rayonunu kənd təsərrüfatı və turizm sahəsi üzrə yeni iqtisadi mərkəz kimi inkişaf etdirmək nəzərdə tutulur.

Səbinə İsmayılova,

ADPU Cəlilabad filialının  təbiət və sosial elmlər, onların tədrisi   

texnologiyası kafedrasının  müdiri

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt