Zəfərin təntənəsi

XƏBƏR XƏTTİ
Cəlilabadda açıq ərazidə baş verən yanğın söndürüldü – Video – Yenilənib•“Ümumiyyətlə, Kəramətin adının həmin siyahıya salınması absurddur” – Əsəd Cahangir•Naxçıvan duzu ilə bağlı iddia: “Qayaları üyüdüb satırlar” – Foto/Video•Ustanın işlədiyi evdə meyiti tapıldı•Robert Koçaryanın da həbs müddəti uzadıldı•Xüsusi peşəkarlıq və fədakarlıq•Qubadlı Şəhəri Günü•Qubadlı Vətən müharibəsində•Cəlilabadda açıq ərazidə baş verən yanğın söndürüldü – Video – Yenilənib•“Ümumiyyətlə, Kəramətin adının həmin siyahıya salınması absurddur” – Əsəd Cahangir•Naxçıvan duzu ilə bağlı iddia: “Qayaları üyüdüb satırlar” – Foto/Video•Ustanın işlədiyi evdə meyiti tapıldı•Robert Koçaryanın da həbs müddəti uzadıldı•Xüsusi peşəkarlıq və fədakarlıq•Qubadlı Şəhəri Günü•Qubadlı Vətən müharibəsində•

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 oktyabr – Qubadlı şəhəri günü kimi müəyyən olub. Bu əlamətdar günün təsis olunması Qubadlı şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Xalqımız bu əlamətdar günü hər il böyük iftixar hissi ilə qeyd edir.

Qubadlının işğaldan azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı, Azərbaycanın daha bir üstünlüyü əldə etməsinə gətirib çıxardı. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə həmsərhəddir. Qubadlı rayonunun azad edilməsi ilə Azərbaycan Ermənistanla 120 kilometr sərhədini də özünün nəzarətinə almış oldu. Bu, Azərbaycan üçün çox mühüm strateji əhəmiyyət kəsb edir.

1988-ci ildən başlayaraq Еrmənistanla (120 km) və Dağlıq Qarabağla (45 km) sərhəddə yеrləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı tеrror törədilməsi sistеmli şəkildə davam еtdirilmişdir. 1993-cü il avqustun 31-də rayon ermənilər tərəfindən tamamilə işğal olunmuşdur.

Müzəffər Azərbaycan Ordusu 2020-ci ilin oktyabrında Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.

Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 5867 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

Rayon işğaldan azad olunduqdan sonra orada bərpa və yenidənqurma işlərinə başlanılıb. Ərazinin minalardan təmizlənmə əməliyyatları ilə yanaşı, infrastrukturun bərpası işləri də davam etdirilir.

Şahmirzə Nəsirov,

Cəlilabad RİH-nin əməkdaşı

                                                                              

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt