Qubadlı Vətən müharibəsində

XƏBƏR XƏTTİ
Cəlilabadda açıq ərazidə baş verən yanğın söndürüldü – Video – Yenilənib•“Ümumiyyətlə, Kəramətin adının həmin siyahıya salınması absurddur” – Əsəd Cahangir•Naxçıvan duzu ilə bağlı iddia: “Qayaları üyüdüb satırlar” – Foto/Video•Ustanın işlədiyi evdə meyiti tapıldı•Robert Koçaryanın da həbs müddəti uzadıldı•Xüsusi peşəkarlıq və fədakarlıq•Qubadlı Şəhəri Günü•Qubadlı Vətən müharibəsində•Cəlilabadda açıq ərazidə baş verən yanğın söndürüldü – Video – Yenilənib•“Ümumiyyətlə, Kəramətin adının həmin siyahıya salınması absurddur” – Əsəd Cahangir•Naxçıvan duzu ilə bağlı iddia: “Qayaları üyüdüb satırlar” – Foto/Video•Ustanın işlədiyi evdə meyiti tapıldı•Robert Koçaryanın da həbs müddəti uzadıldı•Xüsusi peşəkarlıq və fədakarlıq•Qubadlı Şəhəri Günü•Qubadlı Vətən müharibəsində•

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, 25 oktyabr – Qubadlı şəhəri günü kimi təsis edilib.

Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşir. Rayonun sahəsi 802 kvadrat kilometrdir. Səthi əsasən dağlıqdır. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir

1988-ci ildən başlayaraq Еrmənistanla (120 km) və Dağlıq Qarabağla (45 km) sərhəddə yеrləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı tеrror törədilməsi sistеmli şəkildə davam еtdirilmişdir. 1993-cü il avqustun 31-də rayon ermənilər tərəfindən tamamilə işğal olunmuşdur.

Qubadlının azad edilməsi nəticəsində        Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, 25 oktyabr – Qubadlı şəhəri günü kimi təsis edilib. bir sıra üstünlüklər əldə edildi. Bu ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi. Ərazinin azad olunması bölgədəki strateji yollara da nəzarətimizi təmin etdi və düşmənin canlı qüvvəsinin hərəkəti üçün, manevrləri üçün çox böyük problemlər və məhdudiyyət yaradıldı.

Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

İşğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi bu gün Qubadlıda da böyük quruculuq, bərpa-tikinti işləri aparılır.Qubadlının yeni inkişaf tarixi başlanıb.

Rafiq Hüseynov,

 YAP Cəlilabad RT, Kürdlər ƏPT-nin sədri

                                                                     

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt