Ermənistan Rusiyadan Aİİ-yə şikayət etdi

XƏBƏR XƏTTİ
Cəlilabadda açıq ərazidə baş verən yanğın söndürüldü – Video – Yenilənib•“Ümumiyyətlə, Kəramətin adının həmin siyahıya salınması absurddur” – Əsəd Cahangir•Naxçıvan duzu ilə bağlı iddia: “Qayaları üyüdüb satırlar” – Foto/Video•Ustanın işlədiyi evdə meyiti tapıldı•Robert Koçaryanın da həbs müddəti uzadıldı•Xüsusi peşəkarlıq və fədakarlıq•Qubadlı Şəhəri Günü•Qubadlı Vətən müharibəsində•Cəlilabadda açıq ərazidə baş verən yanğın söndürüldü – Video – Yenilənib•“Ümumiyyətlə, Kəramətin adının həmin siyahıya salınması absurddur” – Əsəd Cahangir•Naxçıvan duzu ilə bağlı iddia: “Qayaları üyüdüb satırlar” – Foto/Video•Ustanın işlədiyi evdə meyiti tapıldı•Robert Koçaryanın da həbs müddəti uzadıldı•Xüsusi peşəkarlıq və fədakarlıq•Qubadlı Şəhəri Günü•Qubadlı Vətən müharibəsində•

Ermənistan Rusiya tərəfindən erməni mallarına tətbiq edilən məhdudiyyətlərlə bağlı Avrasiya İqtisadi İttifaqına (Aİİ) rəsmi şikayət ünvanlayıb.

“Qafqazinfo” “Interfax”a istinadla xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat nazirinin müavini Tiqran Qasparyan jurnalistlərə açıqlamasında bildirib.

Nazir müavini problemlərin Aİİ mexanizmləri vasitəsilə həll olunacağına ümid etdiklərini vurğulayıb:

“Ermənistan erməni məhsullarına qarşı Rusiyanın tətbiq etdiyi məhdudiyyətlərə görə şikayət edib və ümid edir ki, bu qadağalar Aİİ çərçivəsində fəaliyyət göstərən mexanizmlər vasitəsilə aradan qaldırılacaq. Rusiyanın bu məhdudiyyətləri Aİİ sazişlərinə və prinsiplərinə cavab vermir, buna görə də ölkəmiz təşkilatın öz prinsiplərinə uyğun fəaliyyət göstərməsi üçün mübarizə aparır. Yaranmış vəziyyətdə təkcə İrəvan və Moskva arasında ikitərəfli təmaslar deyil, Aİİ-nin imkanları da böyük əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, “Rosselxoznadzor” 2026-cı ilin may ayından etibarən Ermənistandan Rusiya bazarına kənd təsərrüfatı məhsullarının idxalına mərhələli şəkildə məhdudiyyətlər qoyub. Bu qərar İrəvanın Avropa İttifaqı ilə yaxınlaşma kursu və iki ölkə arasında yaranan siyasi fikir ayrılıqları fonunda verilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt