Prezident Hərbi Dəniz Qüvvələrində olub – FOTOLAR

XƏBƏR XƏTTİ
Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır•Prezident Hindistan XİN rəhbərini qəbul etdi – FOTOLAR•Xalq artisti xəstəxanaya yerləşdirildi•Milli Qəhrəman xəstəxanaya yerləşdirilib – Vəziyyəti ağırdır•Cəlilabadda bələdiyyə sədri icra başçısının müavini təyin edildi – FOTO•Olimpiya Kompleksinin direktoru həbs edildi – Yarım milyonluq mənimsəmə•Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər – VİDEO•Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü•Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır•Prezident Hindistan XİN rəhbərini qəbul etdi – FOTOLAR•Xalq artisti xəstəxanaya yerləşdirildi•Milli Qəhrəman xəstəxanaya yerləşdirilib – Vəziyyəti ağırdır•Cəlilabadda bələdiyyə sədri icra başçısının müavini təyin edildi – FOTO•Olimpiya Kompleksinin direktoru həbs edildi – Yarım milyonluq mənimsəmə•Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər – VİDEO•Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü•

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar.

Mecra.az xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Dövlət başçısı və birinci xanım Hərbi Dəniz Qüvvələrinin qərargahının qarşısında Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildirdilər.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC-nin və “DEARSAN Gəmi İnşaat Sənaye” AŞ-nin birgə istehsalat sahəsində qabaqcıl texnoloji innovasiyaların tətbiqi ilə hazırlanan SALVO (SİDV) silahlı insansız dəniz vasitələri, KAYRA (KİDV) kamikadze insansız dəniz vasitələrinin təyinatı və taktiki-texniki xüsusiyyətləri barədə məlumat verildi.

Sonra dövlət başçısı və birinci xanım istehsalat sahəsində görülən işlərlə tanış oldular.

Daha sonra burada istehsal olunan insansız dəniz vasitələri praktiki sınaqdan keçirildi.

Sonda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sədrliyi ilə hərbi quruculuq məsələlərinə dair operativ müşavirə keçirildi.

 






























Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt