Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilib.
Mecra.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, bu gün gecə saat 02:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nərimanov Rayonu Təcili Tibbi Yardım Bölməsinə çağırış qeydə alınıb.
Aktrisa təcili tibbi yardım briqadası tərəfindən özəl tibb müəssisələrindən birinə hospitalizasiya olunub.