Media və Yayım Şurasından Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara – Cavab

XƏBƏR XƏTTİ
ABŞ-dən Zelenskiyə istefa tələbi – “Müharibənin bitməsi üçün yeni lider lazımdır”•Media və Yayım Şurasından Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara – Cavab•Bakıda binada uçqun – Mənzillərin tavanı çöküb+Yenilənib•Cavid Ağaməliyev həbs edildi•Rusiya Ukraynanın itkilərini yenilədi•Autizmli uşağa zorakılıq edən müəllim üzr istədi – VİDEO•25 il əvvəl törədilən qətllə bağlı birgə məlumat•Bu marşrutların hərəkət sxemi dəyişdirilir•ABŞ-dən Zelenskiyə istefa tələbi – “Müharibənin bitməsi üçün yeni lider lazımdır”•Media və Yayım Şurasından Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara – Cavab•Bakıda binada uçqun – Mənzillərin tavanı çöküb+Yenilənib•Cavid Ağaməliyev həbs edildi•Rusiya Ukraynanın itkilərini yenilədi•Autizmli uşağa zorakılıq edən müəllim üzr istədi – VİDEO•25 il əvvəl törədilən qətllə bağlı birgə məlumat•Bu marşrutların hərəkət sxemi dəyişdirilir•

“Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan əsassız iddialar dini həssaslıqlardan istifadə etməklə ictimai rəyi manipulyasiya etməyə və ölkəmiz haqqında yanlış təsəvvür formalaşdırmağa yönəlmiş açıq dezinformasiya nümunəsidir”.

Mecra.az xəbər verir ki, bu haqda Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlamasında deyilir.

Bildirilir ki, ayrı-ayrı siyasi və ictimai şəxslərin bu cür saxta məlumatların yayılmasında iştirak etməsi, əsassız iddiaları təhqiramiz ifadələrlə təqdim etməsi onların daşıdıqları ictimai məsuliyyətə zidd olmaqla yanaşı, auditoriyaya təsir imkanlarından sui-istifadənin qəbuledilməz təzahürüdür:

“Azərbaycan Respublikası Media və Yayım Şurası ölkəmiz haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyir, media nümayəndələrini, siyasi və ictimai şəxsləri informasiya yayımında məsuliyyətli davranmağa, ictimaiyyəti isə belə paylaşımlara tənqidi yanaşmağa, məlumatları etibarlı mənbələrdən yoxlamağa və dezinformasiyanın yayılmasına vasitəçi olmamağa çağırır”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt