Cavid Ağaməliyev həbs edildi

XƏBƏR XƏTTİ
Bakıda binada uçqun – Mənzillərin tavanı çöküb+Yenilənib•Cavid Ağaməliyev həbs edildi•Rusiya Ukraynanın itkilərini yenilədi•Autizmli uşağa zorakılıq edən müəllim üzr istədi – VİDEO•25 il əvvəl törədilən qətllə bağlı birgə məlumat•Bu marşrutların hərəkət sxemi dəyişdirilir•Koreya Respublikasının səfiri və nümayəndə heyəti Pirallahı rayonunda səfərdə olub – FOTOLAR•23 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Bakıda binada uçqun – Mənzillərin tavanı çöküb+Yenilənib•Cavid Ağaməliyev həbs edildi•Rusiya Ukraynanın itkilərini yenilədi•Autizmli uşağa zorakılıq edən müəllim üzr istədi – VİDEO•25 il əvvəl törədilən qətllə bağlı birgə məlumat•Bu marşrutların hərəkət sxemi dəyişdirilir•Koreya Respublikasının səfiri və nümayəndə heyəti Pirallahı rayonunda səfərdə olub – FOTOLAR•23 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki “Naxçıvan Aqroservis” ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb.

“Qafqazinfo”nun məlumatına görə, prokuror cinayətin ağırlığını və araşdırmanın indi başladığını nəzərə alaraq təqsirləndirilən şəxsin həbsini tələb edib.

Məhkəmə təqdimatı əsaslı sayaraq təmin edib. İstintaqdan yayınma, yer dəyişdirmə ehtimalları nəzərə alınaraq C.Ağaməliyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Ağaməliyev məhkəmədən birbaşa istintaq təcridxanasına aparılıb.

Qeyd edək ki, Cavid Ağaməliyev Naxçıvan prokurorluğu tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda mənimsəmə maddəsi ilə ilkin ittiham irəli sürülüb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt