Milli Qəhrəman xəstəxanaya yerləşdirilib – Vəziyyəti ağırdır

XƏBƏR XƏTTİ
Yeni icra başçısı kollektivə təqdim olundu – FOTOLAR•Korrupsiya əməliyyatında tutulmuş vəzifəli şəxslərin cəzaları azaldıldı – 1 həftəyə azadlığa çıxırlar•“Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib”•Gələn il kənd təsərrüfatına ayrılan vəsait nə qədər artırılacaq?•Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır•Prezident Hindistan XİN rəhbərini qəbul etdi – FOTOLAR•Xalq artisti xəstəxanaya yerləşdirildi•Milli Qəhrəman xəstəxanaya yerləşdirilib – Vəziyyəti ağırdır•Yeni icra başçısı kollektivə təqdim olundu – FOTOLAR•Korrupsiya əməliyyatında tutulmuş vəzifəli şəxslərin cəzaları azaldıldı – 1 həftəyə azadlığa çıxırlar•“Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib”•Gələn il kənd təsərrüfatına ayrılan vəsait nə qədər artırılacaq?•Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır•Prezident Hindistan XİN rəhbərini qəbul etdi – FOTOLAR•Xalq artisti xəstəxanaya yerləşdirildi•Milli Qəhrəman xəstəxanaya yerləşdirilib – Vəziyyəti ağırdır•

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevin səhhətində problem yaranıb.

Mecra.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya “Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma” İctimai Birliyinin sədri Elşən Uluxanlı məlumat verib.

O bildirib ki, hazırda E.Əliyevin müalicəsi “Yeni Klinika”da aparılır: “Ehtiram Əliyev ağır vəziyyətdə “Yeni Klinika”ya yerləşdirilib, sonradan durumu daha da ağırlaşdığından Reanimasiya şöbəsinə köçürülüb. Artıq dörd gündür buradadır. Mədəsində problem var. Düzgün müalicə olunmayıb, nəticədə qanaxma baş verib. Dünən həkimlərin dediyinə görə, ağciyərlərində də problem yaranıb, 50 faizi fəaliyyətini itirib. Düşünürük ki, vaxtında düzgün diaqnoz qoyulmayıb və lazımi müalicə aparılmayıb. Nəticədə, vəziyyəti daha da pisləşib. Həkimlər deyir ki, hələ ki vəziyyətində heç bir dəyişiklik yoxdur, ağır olaraq qalır”.

Qeyd edək ki, E.Əliyev 1972-ci il avqustun 1-də Ucar rayonunun Qazyan kəndində dünyaya gəlib. O, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısıdır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt