Gələn il kənd təsərrüfatına ayrılan vəsait nə qədər artırılacaq?

XƏBƏR XƏTTİ
Yeni icra başçısı kollektivə təqdim olundu – FOTOLAR•Korrupsiya əməliyyatında tutulmuş vəzifəli şəxslərin cəzaları azaldıldı – 1 həftəyə azadlığa çıxırlar•“Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib”•Gələn il kənd təsərrüfatına ayrılan vəsait nə qədər artırılacaq?•Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır•Prezident Hindistan XİN rəhbərini qəbul etdi – FOTOLAR•Xalq artisti xəstəxanaya yerləşdirildi•Milli Qəhrəman xəstəxanaya yerləşdirilib – Vəziyyəti ağırdır•Yeni icra başçısı kollektivə təqdim olundu – FOTOLAR•Korrupsiya əməliyyatında tutulmuş vəzifəli şəxslərin cəzaları azaldıldı – 1 həftəyə azadlığa çıxırlar•“Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib”•Gələn il kənd təsərrüfatına ayrılan vəsait nə qədər artırılacaq?•Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır•Prezident Hindistan XİN rəhbərini qəbul etdi – FOTOLAR•Xalq artisti xəstəxanaya yerləşdirildi•Milli Qəhrəman xəstəxanaya yerləşdirilib – Vəziyyəti ağırdır•

Azərbaycanda 2027-ci ilin dövlət büdcəsindən kənd təsərrüfatına 1 milyard 379 milyon 488 min manat vəsait ayrılması planlaşdırılır.

Mecra.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Gələn il kənd təsərrüfatına ayrılan vəsaitin 2026-cı ilin təsdiqlənmiş büdcəsi ilə müqayisədə 152 milyon 994 min manat və ya 12.5 faiz artırılması nəzərdə tutulur.

Qeyd edək ki, 2026-cı ilin dövlət büdcəsində kənd təsərrüfatı xərcləri 1 milyard 226 milyon 494 min manat məbləğində təsdiqlənib.

Layihəyə əsasən, 2027-ci ildə kənd təsərrüfatı tədbirlərinə 800 milyon 883 min manat, meliorasiya sahəsinə 477 milyon manat, baytarlıq xidmətlərinə isə 53 milyon 257 min manat ayrılması planlaşdırılır.

Müqayisə üçün bildirək ki, 2026-cı ildə kənd təsərrüfatı tədbirlərinə 553 milyon 522 min manat, meliorasiya sahəsinə isə 489 milyon 999 min manat ayrılıb.

Gələn il kənd təsərrüfatı tədbirlərinə ayrılan vəsaitin 247.4 milyon manat artırılması, meliorasiya xərclərinin isə təxminən 13 milyon manat azaldılması gözlənilir. (Oxu.Az)

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt