Prezidentlə xanımı Əziz Yıldırım və qızı ilə görüşdü

XƏBƏR XƏTTİ
Cəlilabadda bələdiyyə sədri icra başçısının müavini təyin edildi – FOTO•Olimpiya Kompleksinin direktoru həbs edildi – Yarım milyonluq mənimsəmə•Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər – VİDEO•Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü•ABŞ-dən Zelenskiyə istefa tələbi – “Müharibənin bitməsi üçün yeni lider lazımdır”•Media və Yayım Şurasından Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara – Cavab•Bakıda binada uçqun – Mənzillərin tavanı çöküb+Yenilənib•Cavid Ağaməliyev həbs edildi•Cəlilabadda bələdiyyə sədri icra başçısının müavini təyin edildi – FOTO•Olimpiya Kompleksinin direktoru həbs edildi – Yarım milyonluq mənimsəmə•Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər – VİDEO•Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü•ABŞ-dən Zelenskiyə istefa tələbi – “Müharibənin bitməsi üçün yeni lider lazımdır”•Media və Yayım Şurasından Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara – Cavab•Bakıda binada uçqun – Mənzillərin tavanı çöküb+Yenilənib•Cavid Ağaməliyev həbs edildi•

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Hərbi Dəniz Qüvvələrində baş tutan görüşündə “Fənərbaxça” prezidenti Əziz Yıldırım və qızı Hande Yıldırım da iştirak edib.

Mecra.az xəbər verir ki, dövlət başçısı və birinci xanım Hərbi Dəniz Qüvvələrində Türkiyə şirkətlərinin fəaliyyəti və birgə layihələrlə tanış olublar.

Səfər çərçivəsində Müdafiə Nazirliyinin “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC və Türkiyənin “DEARSAN Gəmi İnşaat Sənaye” AŞ-nin birgə istehsalat sahəsində hazırlanan hərbi texnikalar təqdim edilib. Prezident İlham Əliyevə və Mehriban Əliyevaya “SALVO” (SİDV) silahlı insansız dəniz vasitələri ilə “KAYRA” (KİDV) kamikadze insansız dəniz vasitələrinin təyinatı və taktiki-texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilib.

Məlumat üçün qeyd edək ki, Azərbaycanla birgə innovativ hərbi dəniz vasitələrinin istehsalını həyata keçirən “DEARSAN” şirkəti Ə. Yıldırıma məxsusdur.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt