Şou-biznesdə ilin ən böyük sürprizi – Aygün və Namiq 16 ildən sonra “Gəlirəm”

XƏBƏR XƏTTİ
Sabahın havası açıqlandı•Raqif Abbasovun 12 il həbsi tələb edildi•Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib?•Xalçaları yumaq adı ilə bu anbara yığırmış – Saxlanıldı – VİDEO•XII Bakı Beynəlxalq Kitab Sərgisi açıldı•10 qazaxıstanlı tələbə Azərbaycanda təqaüdlə təhsil alacaq•Ramiz Əzizbəylinin kürəkəni həbs edildi•Yaralı hərbçini dronla təxliyə etdilər – İlk dəfə – VİDEO•Sabahın havası açıqlandı•Raqif Abbasovun 12 il həbsi tələb edildi•Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib?•Xalçaları yumaq adı ilə bu anbara yığırmış – Saxlanıldı – VİDEO•XII Bakı Beynəlxalq Kitab Sərgisi açıldı•10 qazaxıstanlı tələbə Azərbaycanda təqaüdlə təhsil alacaq•Ramiz Əzizbəylinin kürəkəni həbs edildi•Yaralı hərbçini dronla təxliyə etdilər – İlk dəfə – VİDEO•

Şou-biznesin əfsanəvi duet ortaqları – Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu 16 illik fasilədən sonra yeni duetlə sevənlərinə sürpriz ediblər.

Mecra.az xəbər verir ki, ən arzulanan duet ortaqları “Gəlirəm” adlı mahnı və klipi sevənlərinin ixtiyarına veriblər.

Sevgidən bəhs edən mahnının sözləri və musiqisi Namiq Qaraçuxurluya məxsusdur. Duet illər öncəki nostalji hissləri yenidən canlandırıb.

Klipin rejissoru Delee Orucludur. Bir neçə məkanda lentə alınan ekran işində Aygün və Namiq üç fərqli obrazda kamera qarşısına keçiblər.

Klipin ən çox diqqət çəkən məqamlarımdan biri isə pop divanın gəlinlik libasında görüntülənməsi olub.

Ölkənin əsas ulduzu Aygün Kazımova və söz ustadı Namiq Qaraçuxurlunun “Gəlirəm” klipinin obrazları üzərində dünya şöhrətli modelyer-dizayner Rüfət İsmayıl və stilist Ruxa çalışıb.

Yeni duet bütün musiqi platformalarında təqdim edilib.

Mahnının aranjimani Rasim Əsgərov və Dahin Malikə aiddir.

Qeyd edək ki, Aygün və Namiqin  bir neçə gün əvvəl gözlənilmədən anons paylaşması sevənləri üçün əsil sürpriz olub və ölkə gündəmini zəbt edib. (Axsam.az).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt