Toy biznesində böhran: Şadlıq evləri mərasim zallarına çevrilir – VİDEO

XƏBƏR XƏTTİ
Firuzə İbadova iki aydır yataq xəstəsidir – VİDEO•“6-cı həyat yoldaşım mən deyəndi…” – Cəlilabadlı çoban – VİDEO•Cəlilabadda çiyələk əkininə start verildi – FOTOLAR•Ramin İsayevin 100 milyonluq sərvəti var imiş – Siyahı•Ölkəyə qripə qarşı vaksinlər gətirildi•Sabahın havası açıqlandı•Raqif Abbasovun 12 il həbsi tələb edildi•Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib?•Firuzə İbadova iki aydır yataq xəstəsidir – VİDEO•“6-cı həyat yoldaşım mən deyəndi…” – Cəlilabadlı çoban – VİDEO•Cəlilabadda çiyələk əkininə start verildi – FOTOLAR•Ramin İsayevin 100 milyonluq sərvəti var imiş – Siyahı•Ölkəyə qripə qarşı vaksinlər gətirildi•Sabahın havası açıqlandı•Raqif Abbasovun 12 il həbsi tələb edildi•Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib?•

Azərbaycanda toy mərasimlərinə marağın azalması şadlıq evlərinin fəaliyyətinə də təsir göstərir. Əvvəllər, demək olar ki, hər gün toy mərasimləri keçirilən məkanlarda indi boş günlərin sayının artdığı bildirilir.

Mecra.az Baku TV-yə istinadən bildirir ki, sakinlərin sözlərinə görə, böyük toy mərasimləri əvəzinə kiçik və sadə məclislərə üstünlük vermək daha məqsədəuyğundur.

Onların sözlərinə görə, xüsusilə, gənclərin maddi imkanlarının məhdud olması toy xərclərini qarşılamağı çətinləşdirir.

“Ən yaxşısı 50 nəfərlik toydur. Çox xərc çəkməyə ehtiyac yoxdur. Böyük toy məclisi artıq şeydir”, – deyə sakinlərdən biri mövzu ilə bağlı keçirilən sorğu zamanı söyləyib.

Restoran inzibatçıları da müştəri sayında azalma olduğunu bildirirlər. Onların sözlərinə görə, şadlıq evlərində menyu qiymətlərinə müəyyən endirimlər tətbiq olunsa da, əvvəlki tələbatı bərpa etmək mümkün olmayıb.

Bəzi məkanların hətta fəaliyyət istiqamətini dəyişərək mərasim evi kimi işləməyə üstünlük verdiyi qeyd olunur.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt