Goranboydakı yanğınla bağlı iki kənd boşaldıldı – VİDEO

XƏBƏR XƏTTİ
Cəlilabadda açıq ərazidə baş verən yanğın söndürüldü – Video – Yenilənib•“Ümumiyyətlə, Kəramətin adının həmin siyahıya salınması absurddur” – Əsəd Cahangir•Naxçıvan duzu ilə bağlı iddia: “Qayaları üyüdüb satırlar” – Foto/Video•Ustanın işlədiyi evdə meyiti tapıldı•Robert Koçaryanın da həbs müddəti uzadıldı•Xüsusi peşəkarlıq və fədakarlıq•Qubadlı Şəhəri Günü•Qubadlı Vətən müharibəsində•Cəlilabadda açıq ərazidə baş verən yanğın söndürüldü – Video – Yenilənib•“Ümumiyyətlə, Kəramətin adının həmin siyahıya salınması absurddur” – Əsəd Cahangir•Naxçıvan duzu ilə bağlı iddia: “Qayaları üyüdüb satırlar” – Foto/Video•Ustanın işlədiyi evdə meyiti tapıldı•Robert Koçaryanın da həbs müddəti uzadıldı•Xüsusi peşəkarlıq və fədakarlıq•Qubadlı Şəhəri Günü•Qubadlı Vətən müharibəsində•

Gecə saatlarında Goranboy rayonunda sursat anbarında baş verən yanğından sonra Nizami və Xoylu kəndlərinin sakinləri təxliyə olunublar.

Mecra.az “Report”a istinadən xəbər verir kİ, ümumilikdə təxliyə olunanların sayı 5 min nəfər təşkil edir.

Bildirilib ki, Nizami kəndinin girişində post quraşdırılıb.

 

***

Goranboy rayonu, Nizami kəndi yaxınlığında yanğın olub.

Mecra.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi üçün aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlər görülür.

Hadisə nəticəsində xəsarət alan yoxdur.

***

Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumata görə, ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib.

Dərhal Fövqəladə Hallar və Müdafiə nazirliklərinin müvafiq qüvvələri tərəfindən Daxili İşlər Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqəli şəkildə zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb və vəziyyət nəzarət altına alınıb.

Hadisə ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqdakı insanlar təxliyə edilib.

Xəsarət alan olmayıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt