Paşinyandan Azərbaycanla münasibətlərə dair açıqlama

XƏBƏR XƏTTİ
Cəlilabadda açıq ərazidə baş verən yanğın söndürüldü – Video – Yenilənib•“Ümumiyyətlə, Kəramətin adının həmin siyahıya salınması absurddur” – Əsəd Cahangir•Naxçıvan duzu ilə bağlı iddia: “Qayaları üyüdüb satırlar” – Foto/Video•Ustanın işlədiyi evdə meyiti tapıldı•Robert Koçaryanın da həbs müddəti uzadıldı•Xüsusi peşəkarlıq və fədakarlıq•Qubadlı Şəhəri Günü•Qubadlı Vətən müharibəsində•Cəlilabadda açıq ərazidə baş verən yanğın söndürüldü – Video – Yenilənib•“Ümumiyyətlə, Kəramətin adının həmin siyahıya salınması absurddur” – Əsəd Cahangir•Naxçıvan duzu ilə bağlı iddia: “Qayaları üyüdüb satırlar” – Foto/Video•Ustanın işlədiyi evdə meyiti tapıldı•Robert Koçaryanın da həbs müddəti uzadıldı•Xüsusi peşəkarlıq və fədakarlıq•Qubadlı Şəhəri Günü•Qubadlı Vətən müharibəsində•

“Ermənistan Azərbaycan və Türkiyə ilə dövlətlərarası münasibətlərin qurulması yolunu tutub, çünki münaqişə şəraitində suverenlik və müstəqilliyin təmin edilməsi mümkün deyil”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxışı zamanı bildirib.

Paşinyan hazırda ölkəsinin İran və Gürcüstanla münasibətləri inkişaf etdirməyə, digər iki qonşu – Türkiyə və Azərbaycanla isə dövlətlərarası münasibətləri qurmağa çalışdığını qeyd edib:

“Bu proses ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə sülhün bərqərar olmasından sonra daha əməli xarakter alıb”.

Baş nazirin sözlərinə görə, Ermənistan balanslaşdırılmış siyasət yürütməyə çalışır: “Əgər hər hansı geosiyasi güc mərkəzinin cazibəsi ölkənin müstəqilliyini məhv edə biləcək dərəcədə güclənərsə, İrəvan balansın qorunması, suverenlik və müstəqilliyin təmin edilməsi üçün digər qütblə əlaqəni aktivləşdirir”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt