Rusiyada qismən səfərbərliyə onlar cəlb olunacaqlar – Siyahı

XƏBƏR XƏTTİ
Bakıda universitetin yataqxanasında tələbənin meyiti tapıldı•Ramiz Mehdiyevin qızının vəkili həbs edildi•“Hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim” – VİDEO•Üçtərəfli görüşün tarixi açıqlandı•Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib – Elşad Hacıyev•Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər•Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi•Mərdanovlar ailəsi aylardır qorxu içində: “Gecə də, gündüz də Allaha dua edirəm…” – VİDEO•Bakıda universitetin yataqxanasında tələbənin meyiti tapıldı•Ramiz Mehdiyevin qızının vəkili həbs edildi•“Hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim” – VİDEO•Üçtərəfli görüşün tarixi açıqlandı•Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib – Elşad Hacıyev•Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər•Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi•Mərdanovlar ailəsi aylardır qorxu içində: “Gecə də, gündüz də Allaha dua edirəm…” – VİDEO•

Rusiya Müdafiə Nazirliyi qismən səfərbərlik şəraitində hərbi xidmətə kimin və hansı şərtlərlə çağırılacağı məsələsinə aydınlıq gətirib.

“Qafqazinfo” RBK-ya istinadən xəbər verir ki, ilk növbədə zəruri hərbi ixtisasa malik olanlar çağırılacaq ki, bunlara da atıcılar, tankçılar, sürücülər və sürücü-mexaniklər daxildir.

Daha sonra ehtiyatda olanların “birinci kateqoriyası”na aid edilmiş şəxslər hərbi hissələrə göndərilicəklər: 35 yaşınadək sıravi və ehtiyatda olan çavuşlar, 50 yaşınadək kiçik zabitlər, 55 yaşadək yüksək rütbəli zabitlər.

Həmçinin zəruri hərbi ixtisasları olan qadınlar, xüsusən də həkimlər çağırıla bilər, lakin indi belə mütəxəssislərə ehtiyac minimaldır.

Əsas seçim meyarlarından biri çağırışçıların və hərbi xidmətə çağırılanların döyüş təcrübəsi olacaq.

“Belə ki, ehtiyatda olan vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması qaydası müəyyən edilməyib, çağırışa cəlb olunanların sayı “tamamlanmış hərbi hissələrin müntəzəm ehtiyacı” ilə müəyyən edilir”, – deyə Müdafiə Nazirliyindən bildirilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt