Naxçıvanın inkişafı reallıqdır

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycan televiziyasına müsahibəsi bir daha göstərdi ki, Naxçıvan Azərbaycanın ayrılmaz hissəsi, dövlətçilik tariximizin mühüm ünvanlarından biridir. Bu qədim diyarın inkişafı, təhlükəsizliyi və ölkənin digər bölgələri ilə əlaqələrinin daha da gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Prezidentimizin Naxçıvana səfəri də bu diqqətin davamı kimi mühüm siyasi məna daşıyır.

Naxçıvanda xüsusilə iş yerlərinin yaradılması ilə bağlı görülən və görüləcək işlər qeyd olunub. Bu səfər çərçivəsində Naxçıvan Sənaye Parkının təməli qoyuldu. Azərbaycanda bir çox sənaye parkları yaradılmışdır və onların arasında ərazi nöqteyi-nəzərindən Naxçıvan Sənaye Parkı Sumqayıt Sənaye Parkından sonra ikincidir. Eyni zamanda, bu Parkın tərkib hissəsi olaraq 300 meqavat gücündə istilik elektrik stansiyası inşa ediləcək. Onu bildirməliyəm ki, bu gün Naxçıvanın generasiya gücü təqribən 200 meqavatdır. Təkcə bir stansiya bunu 1,5 dəfə artıracaq. Təbii ki, bu stansiyanın iki məqsədi var: birincisi, Naxçıvan Muxtar Respublikasını dayanıqlı enerji ilə təmin etmək, ikincisi, ixrac məsələləridir

Dövlətimizin başçısı öz müsahibəsində qeyd edib ki, əgər biz nəqliyyat dəhlizlərindən danışırıqsa, bu gün təbii ki, Naxçıvanın timsalında yeni nəqliyyat damarlarını görürük. Biz bunu yaradırıq. Bunu yaratmaq üçün bir çox işlər görülüb və görüləcək. Ona görə bu məsələlərə daim diqqət göstərilir və göstəriləcək.

Bir neçə ay bundan əvvəl qəbul edilmiş kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramında da Naxçıvanın xüsusi yeri var, payı var, lazımi vəsait nəzərdə tutulub. O cümlədən kənd təsərrüfatının inkişafı üçün vacib olan amil – suvarma layihələri icra edilir. Bir çox artezian quyuları qazılacaq, müasir suvarma sistemləri quraşdırılacaq. Bu gün suvarılmayan torpaqlara su veriləcək. Beləliklə, muxtar respublikanın inkişafı daha sürətli və hərtərəfli olacaq. Yəni proqramın tərkib hissəsinə baxmaq kifayətdir ki, burada hər kəs görsün ki, Naxçıvanın inkişafı reallıqdır.

 Rahib Kərimov,

 Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru

                                                                                       

👁 5 baxış