Bu gün Prezident İlham Əliyevin sərəncamı Nərminə Elsevər qızı Mustafayeva Azərbaycanın Latviyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.
Mecra.az “Yeni Sabah” xəbər verir ki, Nərminə Mustafayeva Naxçıvan şəhərində anadan olub.
O, əvvəllər jurnalist kimifəaliyyət göstərib, 1990-cı illərin sonu-2000-ci illərin əvvəllərində ANS televiziyasında müxbir kimi çalışıb, “Xəbərçi” proqramının aparıcısı olub. Pepperoni pizza
Həmin vaxtlar Nərminə Rüstəmova ad-soyadı ilə tanınan telejurnalist daha sonralar Prezident Administrasiyasının Protokol xidmətində işləyib.
Nərminə xanım ailə qurandan sonra Mustafayeva soyadını götürüb.
O, 2016-2020-cı illərdə Azərbaycan Respublikasının İstanbulda baş konsulu vəzifəsini tutub.
Nərminə Mustafayeva bakalavr təhsilini Azərbaycan Dövlət Dillər Universitetində alıb. Eyni zamanda, ABŞ-ın Virciniya ştatındakı Old Dominion Universitetində Beynəlxalq biliklər üzrə magistr dərəcəsi əldə edib.Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 2018-ci ildə Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.
Evlidir, üç övladı var.
İngilis, rus və türk dillərini bilir.
👁 67 baxış
