Atasının pensiyasını almaq üçün meyitini illərlə dondurucuda gizlətdi

XƏBƏR XƏTTİ
Türkiyədə iki maşında 8 cəsəd tapıldı•Bu şəxslər 3600 manat maaş alacaq•Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib•“Bu etimadı bundan sonra da vicdanlı əməyimlə doğrultmağa çalışacağam”•Övladlığa götürülən şəxslərə də “məcburi köçkün” statusu veriləcək•Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək•Məcburi köçkün statusunun verilməsində yeni qayda•DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi – VİDEO•Türkiyədə iki maşında 8 cəsəd tapıldı•Bu şəxslər 3600 manat maaş alacaq•Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib•“Bu etimadı bundan sonra da vicdanlı əməyimlə doğrultmağa çalışacağam”•Övladlığa götürülən şəxslərə də “məcburi köçkün” statusu veriləcək•Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək•Məcburi köçkün statusunun verilməsində yeni qayda•DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi – VİDEO•

Yunanıstanda 55 yaşlı kişi atasının meyitini illərlə dondurucuda gizlədib onun təqaüdünü almağa davam etməkdə şübhəli bilinərək həbs edilib.

Mecra.az xəbər verir ki, Yunanıstan polisinin məlumatına görə, hadisə Peloponnes yarımadasında, Sparta yaxınlığındakı Mistra kəndində qeydə alınıb.

Sakinlərin 90 yaşlı təqaüdçü müəllimdən uzun müddətdir xəbər ala bilmədiklərini bildirməsindən sonra hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

Axtarış zamanı yaşlı kişinin meyiti ailəyə məxsus istifadəsiz hotelin zirzəmisində yerləşən dondurucuda aşkar edilib.

İstintaqın ilkin nəticələrinə əsasən, saxlanılan şəxs atasının təxminən iki il yarım əvvəl öldüyünü və meyiti dondurucuya yerləşdirdiyini etiraf edib. Yerli sakinlər isə təqaüdçü müəllimi ən azı dörd ildir görmədiklərini bildiriblər.

Polis 90 yaşlı kişinin təbii səbəblərdən öldüyünü, hadisə ilə bağlı qətl şübhəsinin olmadığını açıqlayıb. Ölümün dəqiq səbəbi meyitin ekspertizasından sonra müəyyənləşdiriləcək.

55 yaşlı şəxs atasının təqaüdünü almağa davam etmək məqsədilə dələduzluq etmək, yalan ifadə vermək və evində pnevmatik silah aşkar edildiyi üçün silah qanunvericiliyini pozmaq maddələri ilə ittiham olunur (Qafqazinfo).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt