Təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu davam edir

Lənkəran-Astara regionunda 2026–2027-ci tədris ili üzrə yeni təmayül tədris modelinin tətbiq ediləcəyi ümumi təhsil müəssisələrinə şagird qəbulu davam edir.

Mecra.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən təmayül tədris modelinin tətbiq ediləcəyi ümumi təhsil müəssisələrinə şagird qəbulu başlayır. Layihəyə X və XI sinif şagirdləri müraciət edə bilərlər.

Təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin isə məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir.

Layihə çərçivəsində ali təhsil müəssisələrinə hazırlıq prosesi birbaşa məktəb mühitində həyata keçirilir. Qəbul proqramına uyğun planlaşdırılmış tədris prosesi, intensiv dərslər və məqsədyönlü akademik dəstək şagirdlərin zəruri bilik və bacarıqları məktəb daxilində əldə etməsinə imkan yaradır.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən aşağıdakı ümumi təhsil müəssisələrində X və XI siniflər üzrə şagird qəbulu elan edilir və məktəb adlarının yanında qeydiyyat üçün müvafiq linklər yerləşdirilib:

Astara şəhəri Ceyhun Babayev adına 3 nömrəli lisey

https://forms.gle/KvMYfGGRYR8ircCAA

Cəlilabad rayonu Göytəpə şəhəri Vasif Hüseynov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbi

Cəlilabad şəhəri Şah İsmayıl Xətai adına 4 nömrəli tam orta ümumtəhsil məktəbi

https://forms.gle/aEtFh2RtnEPSQJBY6

Lerik şəhəri Malik Bağışov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi

https://forms.gle/LktvU4nqhchfzJWM9

Lənkəran şəhəri Rövşən Bədəlov adına 9 nömrəli tam orta ümumtəhsil məktəbi (yalnız X sinif üzrə şagird qəbulu həyata keçirilir)

https://forms.gle/3gpKABHfSrosFyDo7

Lənkəran rayonu Ədalət Hüseynov adına Vilvan kənd tam orta ümumtəhsil məktəbi

Lənkəran rayonu Liman şəhəri İlqar Mahmudov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi

https://forms.gle/bgYvKh886Q4DRhoQ9

Masallı şəhəri İntiqam Əsgərli adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi

Masallı rayonu Bədəlan kənd tam orta ümumtəhsil məktəbi

https://forms.gle/B2e2p6ygbSVPGkcL7

Yardımlı rayonu Səmid Abiyev adına Köryədi kənd tam orta ümumtəhsil məktəbi

https://forms.gle/tdtQywufSn7Brs12A

Bu məktəblər tam orta təhsil səviyyəsində təhsilini davam etdirmək istəyən şagirdlərə müasir tələblərə cavab verən, akademik nailiyyətlərin yüksəldilməsinə və ali təhsil müəssisələrinə hazırlığın gücləndirilməsinə yönəlmiş geniş imkanlar təqdim edir.Yeni təmayül tədris modelinin əsas üstünlükləri:

Akademik nəticələrin yüksəldilməsinə yönəlmiş tədris mühiti;

Abituriyent hazırlığının sistemli və ödənişsiz təşkili;

Səriştəli müəllim kollektivi;

Aylıq sınaq imtahanlarının təşkili;

Akademik hazırlıqla yanaşı, şagirdlərin yaradıcılıq, liderlik və sosial bacarıqlarının inkişafına imkan yaradan dərnəklər.

Qəbul ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri əsasında həyata keçirilir.

Təmayül tədris modeli şagirdlərin yalnız imtahan nəticələrini deyil, onların akademik, sosial və şəxsi inkişafını da dəstəkləyir.

Bir bunu deyən yazı "MÜTDA MEKT ÜMUM TeHSİL DZRO AGENTLİVI LONKERAN-ASTARA N-ASTARA REGIONAL TOHSİLİD İDARaSİ LONKERAN-ASTARA ASTARA REGİONUNDA TOMAYÜL TaDRiS MODELİNİN EDİLaCaYİ ŞAGİRD QEBULU aBULL DAVAM EDİR i ÜMUMİ ORTA TaHSİL SaviYYasi ÜZRA BURAXILIŞ İMTAHANLARININ NaTiCaLeRi SSASINDA ΗΘΥΑΤ KEÇİRİLEN QEBULA Χ-Χι SİNİF ŞAGİRDLARİ MÜRACİAT EDa BİLaRLaR www.lankaran.edu.gov.az f $ំ lartiedugovaz lankarangovaz" şəkili ola bilər

👁 73 baxış