Valideynlərin nəzərinə: Aylıq haqqı qismən dövlətdən ödəniləcək özəl bağçalara sənəd qəbulu başlayır

XƏBƏR XƏTTİ
Türkiyədə iki maşında 8 cəsəd tapıldı•Bu şəxslər 3600 manat maaş alacaq•Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib•“Bu etimadı bundan sonra da vicdanlı əməyimlə doğrultmağa çalışacağam”•Övladlığa götürülən şəxslərə də “məcburi köçkün” statusu veriləcək•Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək•Məcburi köçkün statusunun verilməsində yeni qayda•DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi – VİDEO•Türkiyədə iki maşında 8 cəsəd tapıldı•Bu şəxslər 3600 manat maaş alacaq•Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib•“Bu etimadı bundan sonra da vicdanlı əməyimlə doğrultmağa çalışacağam”•Övladlığa götürülən şəxslərə də “məcburi köçkün” statusu veriləcək•Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək•Məcburi köçkün statusunun verilməsində yeni qayda•DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi – VİDEO•

Nazirlər Kabinetinin 2026-cı il 17 iyul tarixli 218 nömrəli qərarının icrası ilə əlaqədar Elm və Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi elan edilir.

Mecra.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Müsabiqənin əsas məqsədi 2026/2027-ci tədris ilində məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsidir.

Müsabiqədə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məktəbəqədər təhsil fəaliyyətinə lisenziya verilmiş özəl təhsil müəssisələri iddiaçı qismində iştirak etmək hüququna malikdirlər.

Müsabiqəyə qoşulmaq istəyən özəl məktəbəqədər təhsil müəssisələrinin sənəd qəbulu 2026-ci il avqustun 5-dən başlayaraq avqustun 20-si də daxil olmaqla sayt vasitəsilə həyata keçiriləcək.

Müsabiqənin keçirilmə qaydası, iştirak üçün tələb edilən sənədlər, müsabiqəyə təqdim olunacaq layihə təkliflərinə dair tələblər, layihə təkliflərinin qiymətləndirilməsi, müsabiqə qaliblərinin seçilməsi meyarları barədə məlumatları əks etdirən şərtlər toplusu ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür.

Qeyd edək ki, müsabiqə çərçivəsində 2026/2027-ci tədris ili ərzində özəl məktəbəqədər təhsil müəssisələrində 8 000 təhsilalanın maliyyələşdirilməsi nəzərdə tutulur.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt