Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində ADA Universitetinin əməkdaşları ilə kənd təsərrüfatı və heyvandarlıq sahəsi üzrə məzun olmuş subbakalavr tələbələrin görüşü təşkil olunub.
Mecra.az xəbər verir ki, görüşdə ADA Universitetinin nümayəndələri, mərkəzin rəhbərliyi və subbakalavr məzunlar iştirak ediblər. Tədbirin əvvəlində qonaqlara Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti, tədris imkanları, müasir maddi-texniki bazası və həyata keçirilən layihələr barədə ətraflı məlumat təqdim olunub.
Daha sonra ADA Universitetinin əməkdaşları universitetin fəaliyyəti, eləcə də ADA Universitetinin nəzdində yaradılmış İtaliya–Azərbaycan Universitetinin təhsil və inkişaf imkanları barədə təqdimatla çıxış ediblər. Xüsusilə heyvandarlıq və kənd təsərrüfatı sahələri üzrə ixtisaslar, beynəlxalq təcrübə proqramları və subbakalavr məzunlar üçün mövcud təhsil imkanları iştirakçıların diqqətinə çatdırılıb.
Görüş iştirakçıların ali təhsil imkanları, karyera inkişafı və gələcək perspektivləri barədə ətraflı məlumat əldə etməsinə şərait yaradıb.






👁 52 baxış
