Azərbaycan-Qırğızıstan münasibətləri ən yüksək səviyyədədir

XƏBƏR XƏTTİ
Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•

Möhtərəm Prezidentimiz cınab İlham Əliyevin Qırğızıstan səfəri iki ölkə arasında münasibətlərin inkişaf etməsi baxımından olduqca vacibdir. Müxtəlif sahələri əhatə edən mühüm sənədlərin imzalanması göstərdi ki, strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir. Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində hər iki ölkə həmişə bir-birini dəstəkləyir;

Bildiyimiz kimi, Bakı və Bişkek qardaşlaşmış şəhərlərdir.. Biz mədəni-humanitar əməkdaşlıqdan, iqtisadi qarşılıqlı fəaliyyətdən, nəqliyyat sahəsində qarşılıqlı fəaliyyətdən, yüksək texnologiyalar sahəsində əlaqələrdən tam razıyıq. Əminik ki, bu gözəl ənənə yaşayacaq, Qırğızıstanın və Azərbaycanın bir çox şəhərləri qardaşlaşacaq.

Azərbaycanla Qırğızıstan ortaq türk mədəniyyətənə sahib olduqları üçün iki ölkə arasında humanitar sahədə güclü əlaqələr var. Ənənəvi olaraq hər iki ölkədə qarşılıqlı mədəniyyət günləri keçirilir, universitetlər arasında əməkdaşlıq genişlənir, tələbə mübadiləsi proqramları həyata keçirilir. Azərbaycan Qarabağın bərpası prosesinə Qırğızıstanın da töhfə verməsini yüksək qiymətləndirir.

Beləliklə, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər hazırda tarixinin ən yüksək səviyyəsindədir. Əvvəllər əsasən ortaq mədəni və tarixi köklərə, ümumi türk kimliyinə əsaslanan bu münasibətlər son illərdə aydın strukturlaşdırılmış, praqmatik və dinamik inkişaf edən strateji tərəfdaşlığa çevrilib. Bu gün Bakı ilə Bişkek yalnız ən yüksək səviyyədə sabit siyasi dialoqu qorumaqla kifayətlənmir, həm də dərin iqtisadi inteqrasiya üçün institusional əsaslar qoyurlar. Azərbaycan-Qırğızıstan münasibətləri dərin tarixi köklərə malikdir, ortaq dil, mədəni və mənəvi dəyərlərə əsaslanır

   Mirfaiq Azadov,

  Cəliabad RİH-nin əməkdaşı

                                                                               

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt