Paşinyan yenidən Ermənistanın baş naziri oldu – Yenilənib

XƏBƏR XƏTTİ
Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•

Ermənistanda yeni formalaşacaq hökumətin baş naziri vəzifəsinə hakim “Vətəndaş Müqaviləsi” Partiyasının sədri Nikol Paşinyanın namizədliyi irəli sürülüb.

“Qafqazinfo” yerli KİV-ə istinadən xəbər verir ki, partiyanın İdarə Heyətinin iclasında qəbul edilən qərara əsasən, Paşinyanın namizədliyi parlamentə təqdim olunacaq.

Qeyd edək ki, Ermənistan qanunvericiliyinə əsasən, yeni seçilmiş parlament fəaliyyətə başladıqdan sonra hökumət istefa verir.

Bundan sonra parlament çoxluğunun irəli sürdüyü namizəd baş nazir vəzifəsinə seçilir və yeni hökumətin formalaşdırılması prosesi başlayır.

Xatırladaq ki, baş nazir bundan öncə sosial şəbəkə hesablarında paylaşım edərək isteva verdiyini açıqlamışdı.

***

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Nikol Paşinyanın yenidən Ermənistanın Baş naziri təyin olunması haqda fərman imzalayıb.

***

Ermənistanın baş naziri Nikol Paşinyan istefa verib, Nazirlər Kabineti səlahiyyətlərini dayandırıb.

Mecra.az xəbər verir ki, bu barədə baş nazir sosial şəbəkə hesablarında paylaşım edib.

“Konstitusiyanın 158-ci maddəsinə əsasən, yeni seçilmiş parlamentin ilk sessiyasının keçirildiyi gün hökumət istefasını təqdim edir”, – deyə o paylaşımında bildirib.

Qeyd edək ki, bu, yeni çağırış parlament fəaliyyətə başladıqdan sonra Konstitusiyanın tələbinə uyğun həyata keçirilən formal prosedurdur (Qafqazinfo).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt