Biləsuvarda şəhid anası vəfat etdi – FOTO

XƏBƏR XƏTTİ
Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•

Biləsuvarda şəhid anası vəfat edib.

Mecra.az xəbər verir ki, rayonun Nərimankənd kənd sakini, şəhid gizir Pərvin Əliyevin anası Rəfiqə Əliyeva oğlunun şəhid olduğu gündə, dünən axşam saatlarında dünyasını dəyişib.

Azərbaycan Ordusunun giziri olmuş Pərvin Səlahəddin oğlu Əliyev 15 mart 1981-ci ildə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olub. O, 2014-cü ilin 1–3 avqust tarixləri arasında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Avqustun 2-də doğulduğu Nərimankənd kəndində son mənzilə yola salınıb. Şəhid Pərvin Əliyev ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. Ailəli idi, iki övladı yadigar qalıb.

Qeyd edək ki, şəhid anası sakini olduğu kənddə pedaqoji fəaliyyətlə məşğul olmuş təqaüdçü müəllim idi (Qafqazinfo).


Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt