İyunun 24-də tarix müəllimlərinin sertifikasiya imtahanında tarix müəllimi maksimum 60 baldan 59 bal toplayıb.
Mecra.az xəbər verir ki, bu Cəlilabad rayon Zərifə Əliyeva adına 7-nömrəli tam ümumtəhsil məktəbin tarix fənni müəllimi Ruxsarə Əliyevadır.
Qeyd edək ki, Əliyeva Ruxsarə Soltan qızı 1971-ci il iyulun 29-da Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olub. Həmin kənd 2 nömrəli tam orta məktəbi bitirib. 1989-1994-cu illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb və tarixçi-tarix müəllimi ixtisasına yiyələnib. 1997-2004-cü illərdə Cəlilabad rayon Qarakazımlı kənd orta məktəbində tarix müəllimi kimi fəaliyyət göstərib. 2007-ci ildən yenidən müəllim fəaliyyətini davam etdirib və həmin tarixdən bu günə qədər Cəlilabad şəhər Z.Əliyeva adına 7-nömrəli tam orta ümumtəhsil məktəbində çalışır. 2009-2022-ci illər arasında O, ADPU Cəlilabad filialında da tarix müəllimi kimi fəaliyyət göstərmisəm. 2015-ci ilə keçirilən diaqnostika imtahanında 56 bal, sertifikasiya imtahanında isə 59 bal toplayıb.
Redaksiyadan: Biz də yüksək nəticə göstərdiyinə görə, Rüxsarə xanımı təbrik edirik.
Vasif ƏLİHÜSEYN
👁 191 baxış
