Əməkdar incəsənət xadimi Aqil Məlikovun vəziyyəti ağırdır

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü,  tanınmış muğam bilicisi, xanəndə, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Aqil Məlikovun səhhətində ciddi problemlər yaranıb.

Mecra.az xəbər verir ki, məlumata görə, sənətkarın vəziyyəti ağır olaraq qiymətləndirilir. Hazırda o, ürək əməliyyatı olunması üçün paytaxtdakı özəl klinikalardan birinə yerləşdirilib.

Bildirilib ki, Aqil Məlikov həkim nəzarəti altında müalicə alır və onun üzərində zəruri tibbi prosedurlar həyata keçirilir. Yaxın vaxtlarda sənətkarın ürək əməliyyatı keçirəcəyi gözlənilir.

Qeyd edək ki, Aqil Məlikov Azərbaycan muğam sənətinin tanınmış simalarından biri olmaqla yanaşı, uzun illərdir Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyət göstərir və milli musiqi irsinin təbliği istiqamətində mühüm xidmətləri ilə tanınır.

Sənətkarın səhhəti ilə bağlı yeni məlumat olduqca ictimaiyyətə çatdırılacaq (Milli.az).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt