Avqustda bəzi günlərdə temperatur 41 dərəcəyə çatacaq – AYLIQ PROQNOZ

Avqust ayında havanın ortaaylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

Mecra.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur.

Ayın ilk günlərində ölkə ərazisində əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, lakin bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında havanın ortaaylıq temperaturunun 26-28°C isti olacağı ehtimal edilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 22-27°C, gündüzlər 30-35°C, birinci və ikinci ongünlüyün bəzi günlərində 40°C-yə yaxın isti, aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 6-8 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın ortaaylıq temperaturunun 27-29°C isti olacağı ehtimal edilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 22-27°C, gündüzlər 33-38°C, birinci və ikinci ongünlüyün bəzi günlərində 41°C-yə yaxın isti, aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 6-10 mm) gözlənilir.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Goranboy, Daşkəsən və Gədəbəy rayonlarında havanın ortaaylıq temperaturu 22-25°C isti olacağı ehtimal edilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 15-20°C, gündüzlər 22-27°C, birinci və ikinci ongünlüyün bəzi günlərində 34-38°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimalı var (norma 26-55 mm).

Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında havanın ortaaylıq temperaturunun 23-25°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 15-20°C, gündüzlər 22-27°C, birinci və ikinci ongünlüyün bəzi günlərində 35-38°C isti, aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimal edilir (norma 15-37 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Tərtər və Füzuli rayonlarında havanın ortaaylıq temperaturunun 25-28°C isti olacağı ehtimal edilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 22-27°C, gündüzlər 33-38°C, birinci və ikinci ongünlüyün bəzi günlərində 41°C-yə yaxın isti, aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-27 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın ortaaylıq temperaturunun 23-27°C isti olması ehtimalı var ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 19-24°C, gündüzlər 30-35°C, birinci və ikinci ongünlüyün bəzi günlərində 37-39°C isti, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 13-116 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçala rayonlarında havanın ortaaylıq temperaturunun 27-29°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 22-27°C, gündüzlər 33-38°C, birinci və ikinci ongünlüyün bəzi günlərində 41°C-yə yaxın isti olacağı, aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimal edilir (norma 6-22 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara və Cəlilabad rayonlarında havanın ortaaylıq temperaturunun 24-27°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 22-27°C, gündüzlər 30-35°C, birinci və ikinci ongünlüyün bəzi günlərində 38°C isti, aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimal edilir (norma 13-83 mm).

👁 45 baxış