Cəbrayılda mina partladı – Xəsarət alan var

XƏBƏR XƏTTİ
Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi•Təkəri partlayan yük maşını aşdı, qoyunlar yola töküldü – VİDEO•“El Pizza” bağlandı•Onlar Tofiqin tikdiyi evə köçdülər – Vasif Əlihüseyn yazır…•Azərbaycan kərə yağını xaricdən neçəyə alır?•Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı – FOTO•Ermənistan DİN rəhbəri Nəsimi Musayevdən danışdı•DTX sabiq vəzifəli şəxsi həbs etdi – FOTO•Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi•Təkəri partlayan yük maşını aşdı, qoyunlar yola töküldü – VİDEO•“El Pizza” bağlandı•Onlar Tofiqin tikdiyi evə köçdülər – Vasif Əlihüseyn yazır…•Azərbaycan kərə yağını xaricdən neçəyə alır?•Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı – FOTO•Ermənistan DİN rəhbəri Nəsimi Musayevdən danışdı•DTX sabiq vəzifəli şəxsi həbs etdi – FOTO•

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Həsənli kəndi ərazisində 2026-cı il 23 iyul tarixində mina partlayışı hadisəsi baş verib.

Mecra.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.

Bildirilib ki, 1979-cu il təvəllüdlü Cəbrayıl rayonu Qumlaq kənd sakini Şəmilov Elşən Bəhlul oğlu minalardan təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən mina partlayışı nəticəsində xəsarət alıb.

“Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!”, – deyə məlumatda qeyd edilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt