Tramp Əliyevin çıxışına həsr olunmuş məqaləni paylaşdı – FOTO

XƏBƏR XƏTTİ
DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı•Polad Həşimovun anasının vəziyyəti açıqlandı•Şagirdlərin elektron yerdəyişməsi başlayır•“İdmandan kənar”: “Kəpənək kimi uç, arı kimi sanc” – Foto/Video•Azərbaycanda evli direktor müavini sevgilisi tərəfindən şantaj edildi – Təfərrüat•Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: “Uşağımı qəssab kimi doğrayıblar” – VİDEO•Bütün ölkə yağış duası oxuyacaq – Xalqa çağırış etdilər•Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu – Bir gündə 2,5 milyard qazandı•DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı•Polad Həşimovun anasının vəziyyəti açıqlandı•Şagirdlərin elektron yerdəyişməsi başlayır•“İdmandan kənar”: “Kəpənək kimi uç, arı kimi sanc” – Foto/Video•Azərbaycanda evli direktor müavini sevgilisi tərəfindən şantaj edildi – Təfərrüat•Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: “Uşağımı qəssab kimi doğrayıblar” – VİDEO•Bütün ölkə yağış duası oxuyacaq – Xalqa çağırış etdilər•Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu – Bir gündə 2,5 milyard qazandı•

ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” hesabında Azərbaycan Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışına həsr olunmuş məqaləni paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, məqalə “Breitbart” nəşrində dərc olunub.

Məqalədə IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edən İlham Əliyevin Trampı “sülh adamı” adlandırdığı, onun Azərbaycan ilə Ermənistan arasında tarixi sülh sazişinin əldə edilməsində həlledici rol oynadığını, Azərbaycan-ABŞ münasibətlərində misli görünməmiş yeni dövr açdığını vurğuladığı qeyd olunub.

Bildirilir ki, “Breitbart News”un müxbirinin sualını cavablandıran Azərbaycan Prezidenti ABŞ liderinin uğurunu uzunmüddətli münaqişələrin həllinə prinsipcə fərqli yanaşma nümayiş etdirməsinin şərtləndirdiyini qeyd edib.

“Azərbaycan Prezidenti sözlərinə görə, əvvəlki administrasiyalar təxminən otuz il ərzində Azərbaycan ilə Ermənistan arasındakı münaqişənin faktiki olaraq dondurulmasına gətirib çıxaran siyasət yürüdüblər, halbuki Tramp onun həllinə tamamilə fərqli mövqedən yanaşıb”, – nəşr yazıb.

ABŞ lideri paylaşıma heç bir şərh əlavə etməyib.

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt