Bu istiqamətdə marşrut fəaliyyətə başlayır

XƏBƏR XƏTTİ
Müəllimin şagirdi döydüyü iddia olunur: Direktor əvəzi “Uşağın nazı ilə oynamayacağıq” dedi – VİDEO•Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil•Güclü külək əsəcək – Xəbərdarlıq•Prezidentdən Kamran İmanovla bağlı – Sərəncam•Körpəsi ilə dəhşətli qəzaya düşən qadının vəziyyəti ağırdır•Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində – Fotolar – Yenilənib•Yeni sədrə 2 müavin təyinatı – Biri sabiq nazirin oğludur•Temperatur 10° enəcək – Xəbərdarlıq•Müəllimin şagirdi döydüyü iddia olunur: Direktor əvəzi “Uşağın nazı ilə oynamayacağıq” dedi – VİDEO•Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil•Güclü külək əsəcək – Xəbərdarlıq•Prezidentdən Kamran İmanovla bağlı – Sərəncam•Körpəsi ilə dəhşətli qəzaya düşən qadının vəziyyəti ağırdır•Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində – Fotolar – Yenilənib•Yeni sədrə 2 müavin təyinatı – Biri sabiq nazirin oğludur•Temperatur 10° enəcək – Xəbərdarlıq•

Qaradağ rayonunun Sahil qəsəbəsi – “Sahil” metrostansiyası istiqamətində sərnişin tələbatının ödənilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə test rejimində 149E nömrəli ekspres marşrutu təşkil edilir.

Mecra.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, iyunun 22-dən 6 ədəd “Neoplan” markalı avtobus qəsəbəni metronun “Sahil” stansiyası ilə əlaqələndirəcək.

Marşrutun fəaliyyət qrafiki sərnişin axınının intensiv olduğu saatlara əsasən müəyyən edilib. Avtobuslar səhər saat 06:45-dən 10:00-dək, axşam isə saat 17:00-dan 20:00-dək 15-20 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətində olacaq.

Marşrut üzrə gedişhaqqı 1,30 AZN müəyyən edilib.

149E nömrəli ekspres marşrutu üzrə “Sahil” metrostansiyası, Dövlət Bayrağı Meydanı, “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi, Bakı-Salyan şosesi 16, Sahil qəsəbəsində 253 nömrəli tam orta məktəb, 16 nömrəli Bakı Peşə Məktəbi, 319 nömrəli tam orta məktəb, Məhərrəm Seyidov küçəsi 168, 301 nömrəli Körpələr evi – uşaq bağçası, 9 nömrəli xüsusi internat məktəbi dayanacaq məntəqələri kimi təyin edilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt