Pirallahı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 168 nömrəli tam orta məktəbin akt zalında 18 may – 18 iyun “İnsan Hüquqları Aylığı” ilə əlaqədar “İnsan hüquq və azadlıqlarının müdafiəsi” mövzusunda maarifləndirici tədbir təşkil edilmişdir.
Tədbirin məqsədi insan hüquq və azadlıqlarının təbliği, vətəndaşların öz hüquqları barədə məlumatlığının artırılması, insan hüquqlarının müdafiəsi səhəsində mövcud çağırışlara diqqət yetirilməsi, eləcə də insan hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələr barədə ictimai məlumatlılıq səviyyəsinin yüksəldilməsi idi.
Tədbirdə rayon İcra Hakimiyyətinin məsul şəxsləri, DİN-nin Pirallahı Rayon Polis İdarəsinin və ƏN Pirallahı Rayon İcra Şöbəsinin əməkdaşları, Qızıl Aypara Cəmiyyətinin Pirallahı Bölməsinin sədri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Xəzər Rayonu üzrə Sektorun əməkdaşı, İƏD üzrə qəsəbə nümayəndələri, rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil müəssisələrin müəllim və şagird heyyəti iştirak etmişlər.
Çıxışlarda natiqlər insan hüquqlarının qorunması sahəsində görülən işlər, qanunvericilik bazası və vətəndaşların hüquq və azadlıqların təmin olunmasının yolları barədə ətraflı şəkildə təqdim etmişlər. Eyni zamanda, Ümumilli lider Heydər Əliyev tərəfindən 1998-ci il 18 iyun tarixində Azərbaycan Respublikasında ilk “İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiqi ilə insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilməsi, Prezident cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə 18 iyun tarixi ölkəmizdə İnsan Hüquqları Günü kimi təsis olunması və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il həmin əlamətdar gün ərəfəsində 18 may – 18 iyun tarixləri “İnsan Hüquqları Aylığı”nın elan edilməsi barədə məlumatlar verilmişdir.
Tədbir iştirakçılarının fəal iştirakı və sualların cavablandırılması ilə yekunlaşmış, insan hüquqları ilə bağlı maarifləndirmə işlərinin əhəmiyyəti bir daha vurğulanmışdır.
Icra hakimiyyətinin məsul şəxsləri bu kimi tədbirlərin davamlı olaraq keçirilməsinin vətəndaşların hüquqi biliklərinin artırılması və cəmiyyətin maarifləndirilməsi baxımından böyük önəm daşıdığını bildirmişlər.

👁 8 baxış
