Cəlilabadda liseydə təhsil almaq istəyənlərin diqqətinə – VİDEO

XƏBƏR XƏTTİ
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür – FOTO•İlham Əliyev onları belə təbrik etdi – “Gözəl oyun nümayiş etdirdiniz”•İnfantinodan Prezidentə xatirə hədiyyələri – FOTOLAR•Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş – FOTOLAR•Prezident ailəsi ilə FIFA U-15 dünya çempionatının açılış mərasimini izlədi – FOTOLAR•Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı şok detal•Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı – DTX-dən əməliyyat•Lənkəranda balıq tutmağa gedən kişinin meyiti tapıldı•Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür – FOTO•İlham Əliyev onları belə təbrik etdi – “Gözəl oyun nümayiş etdirdiniz”•İnfantinodan Prezidentə xatirə hədiyyələri – FOTOLAR•Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş – FOTOLAR•Prezident ailəsi ilə FIFA U-15 dünya çempionatının açılış mərasimini izlədi – FOTOLAR•Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı şok detal•Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı – DTX-dən əməliyyat•Lənkəranda balıq tutmağa gedən kişinin meyiti tapıldı•

Dəyərli valideynlər və əziz şagirdlər!

Bildiyiniz kimi 2025/2026-cı tədris ilində rayonumuzda ilk dəfə olaraq Cəlilabad şəhər Nizami Gəncəvi adına 1 nömrəli Humanitar və Təbiət fənləri təmayüllü lisey təsis edilmişdir.

Mecra.az xəbər verir ki, liseyin 7, 8 və 9-cu siniflərinə şagird qəbulu mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqə zamanı yüksək nəticə göstərmiş, həmçinin 10-cu sinfinə qəbul isə DİM tərəfindən 9-cu siniflər üçün keçirilən buraxılış imtahanlarında 150-baldan yüksək nəticə əldə etmiş şagirdlər qəbul edilmişdir.

Məlumat üçün bildiririk ki, fəaliyyətinin ilk ilində DİM-tərəfindən bu il keçirlən 9-cu siniflərin buraxılış imtahanlarında Liseyin şagirdlərinin ümumi orta balı 149-bal olmaqla, rayon üzrə ən yüksək nəticə əldə etmişdir.

2026/2027-ci tədris ilində 7, 8, 9 və 10-cu siniflərə şagird qəbulu ilə bağlı ilkin qeydiyyat üçün Liseyin qeydiyyat şöbəsinə müraciət etməyinizi tövsiyə edirik.

Liseyimiz şagirlərimizə nə vəd edir:

Liseydə təhsil tam olaraq dövlət hesabına olmaqla, ödənişsiz həyata keçirilir.

Tədris yüksək təlim nəticələri olan, təcrübəli, bacarıqlı və peşəkar müəllim kontingenti tərəfindən həyata keçirilir,

Şagirdlərimiz üçün öyrənmə əsaslı təhsil və təlim mühiti yaradılır,

Şagirdlərimizin təmayüllər (qruplar) üzrə təhsil alma imkanları təmin edilir,

Şagirdlərin RFO və RFM-lərə xüsusi hazırlığı təmin edilir,

Liseydə aparılan məktəbdaxili qiymətləndirmələrin nəticələrinin şagird və valideynlərə qısa vaxt ərzində çatdırılması təmin edilir,

Şagirdlərimiz üçün dərsdənkənar fəaliyyətin səmərəliliyi təmin edilir,

Şagirdlərimizin müxtəlif müsabiqə və yarışlarda iştirakı təmin edilir,

Valideyn-məktəb münasibətlərinin inkişafı Liseyin əsas fəaliyyət istiqaməti hesab edilir.

Bütün şagirdlərimizə uğurlar arzulayırıq!

 Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayon təhsil sektoru

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt