Ürək üçün ən faydalı yay giləmeyvəsi açıqlanıb

XƏBƏR XƏTTİ
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür – FOTO•İlham Əliyev onları belə təbrik etdi – “Gözəl oyun nümayiş etdirdiniz”•İnfantinodan Prezidentə xatirə hədiyyələri – FOTOLAR•Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş – FOTOLAR•Prezident ailəsi ilə FIFA U-15 dünya çempionatının açılış mərasimini izlədi – FOTOLAR•Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı şok detal•Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı – DTX-dən əməliyyat•Lənkəranda balıq tutmağa gedən kişinin meyiti tapıldı•Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür – FOTO•İlham Əliyev onları belə təbrik etdi – “Gözəl oyun nümayiş etdirdiniz”•İnfantinodan Prezidentə xatirə hədiyyələri – FOTOLAR•Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş – FOTOLAR•Prezident ailəsi ilə FIFA U-15 dünya çempionatının açılış mərasimini izlədi – FOTOLAR•Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı şok detal•Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı – DTX-dən əməliyyat•Lənkəranda balıq tutmağa gedən kişinin meyiti tapıldı•

İspaniyalı kardioloq Aurelio Roxas elmi araşdırmalara əsaslanaraq ürək sağlamlığı üçün ən faydalı olan yay giləmeyvəsini açıqlayıb.

Mecra.az xəbər verir ki, bu barədə İspaniyanın “Deia” nəşri məlumat yayıb.

Həkimin sözlərinə görə, çiyələk tərkibindəki yüksək miqdarda antioksidant və liflər sayəsində orqanizmdə xroniki iltihabla mübarizədə mühüm rol oynayır. Bu iltihab növü isə şəkərli diabet, piylənmə və xroniki yorğunluq kimi ciddi sağlamlıq problemlərinin əsas səbəblərindən biri hesab olunur.

Mütəmadi olaraq çiyələk istehlak etmək insulinə qarşı həssaslığı yaxşılaşdırır və qanda şəkərin səviyyəsini normallaşdırır.

Mövcud təhlükələrdən bəhs edən kardioloq çiyələyin qoruyucu funksiyasını belə izah edir:

“Qanda qlükozanın kəskin şəkildə yüksəlməsi bədəndəki iltihabi prosesləri artırır. Bu isə damarların və hüceyrələrin yaşlanmasını sürətləndirərək ürək-damar xəstəliklərinin yaranma riskini birbaşa artırır”.

O, həmçinin qeyd edib ki, çiyələk orqanizmə əlavə kalori yükü yaratmadan toxluq hissini artırır və hüceyrələri dağıdan oksidləşdirici stresi minimuma endirir. Bu səbəbdən yay aylarında ürəyini qorumaq istəyənlər üçün çiyələk ən ideal qida seçimidir (oxu.az).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt