Cəlilabadın bu kəndində yeni park salınır – FOTOLAR

XƏBƏR XƏTTİ
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi birinci yerə layiq görüldü – FOTO•Bu yollar təmirə bağlanır – Sürücülərin nəzərinə!•“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birliklə dayanacağıq” – Ərdoğan•“İnsanların kitaba münasibətinin dəyişdiyini görürük” – Qulu Ağsəs•“Buna görə ödüm partladı…” – Tacir Şahmalıoğlu•Sabah 30 kənddə qaz olmayacaq – Xəbərdarlıq•Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi•“Ceyhun Sabunçu”nun qətlinə görə həbs edilənlərin daxil olduğu şəbəkə hədə-qorxu ilə pul tələb edirmiş•Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi birinci yerə layiq görüldü – FOTO•Bu yollar təmirə bağlanır – Sürücülərin nəzərinə!•“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birliklə dayanacağıq” – Ərdoğan•“İnsanların kitaba münasibətinin dəyişdiyini görürük” – Qulu Ağsəs•“Buna görə ödüm partladı…” – Tacir Şahmalıoğlu•Sabah 30 kənddə qaz olmayacaq – Xəbərdarlıq•Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi•“Ceyhun Sabunçu”nun qətlinə görə həbs edilənlərin daxil olduğu şəbəkə hədə-qorxu ilə pul tələb edirmiş•

Cəlilabad rayonunun Alar kəndində əhalinin istirahətinin təşkili və kəndin abadlaşdırılması istiqamətində mühüm addım atılır.

Mecra.az xəbər verir ki, Alar bələdiyyəsi tərəfindən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində salınan yeni park 2 hektar ərazini əhatə edəcək və müasir standartlara cavab verən geniş istirahət məkanı olacaq.

Hazırda park ərazisində intensiv abadlıq işləri aparılır. Dekorativ ağac və kolların əkilməsi ilə yanaşı, müasir işıqlandırma sistemi, oturacaqlar, söhbətgahlar, fəvvarə və uşaqların əylənməsi üçün müxtəlif atraksiyonlar quraşdırılır. Parkın ətrafında da geniş abadlıq tədbirləri görülür, yaşıllaşdırma işləri davam etdirilir. Yeni park kənd sakinlərinin, xüsusilə uşaq və gənclərin asudə vaxtlarının səmərəli və maraqlı keçirilməsi üçün əlverişli şərait yaradacaq.

Bu layihə Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində həyata keçirilir. Ölkə başçısının tapşırıqlarına uyğun olaraq regionlarda, o cümlədən Cəlilabad rayonunda kəndlərin abadlaşdırılması, yeni istirahət və əyləncə məkanlarının yaradılması istiqamətində ardıcıl işlər görülür. Ölkə rəhbərinin sosial infrastrukturun inkişafına göstərdiyi xüsusi diqqət nəticəsində vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi və komfortlu mühit yaradılması daim diqqət mərkəzində saxlanılır.

Cəlilabad rayonunda son illərdə kəndlərin abadlaşdırılması və yeni istirahət zonalarının salınması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Alar kəndində salınan bu müasir park da həmin siyasətin növbəti bariz nümunəsidir. Parkın yaxın vaxtlarda sakinlərin istifadəsinə verilməsi planlaşdırılır. Yerli sakinlər yeni istirahət guşəsindən razılıqlarını ifadə edərək, belə layihələrin davam etdirilməsini arzulayırlar.

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt