Ramil Əmənova vəzifə verildi – FOTO

XƏBƏR XƏTTİ
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi birinci yerə layiq görüldü – FOTO•Bu yollar təmirə bağlanır – Sürücülərin nəzərinə!•“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birliklə dayanacağıq” – Ərdoğan•“İnsanların kitaba münasibətinin dəyişdiyini görürük” – Qulu Ağsəs•“Buna görə ödüm partladı…” – Tacir Şahmalıoğlu•Sabah 30 kənddə qaz olmayacaq – Xəbərdarlıq•Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi•“Ceyhun Sabunçu”nun qətlinə görə həbs edilənlərin daxil olduğu şəbəkə hədə-qorxu ilə pul tələb edirmiş•Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi birinci yerə layiq görüldü – FOTO•Bu yollar təmirə bağlanır – Sürücülərin nəzərinə!•“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birliklə dayanacağıq” – Ərdoğan•“İnsanların kitaba münasibətinin dəyişdiyini görürük” – Qulu Ağsəs•“Buna görə ödüm partladı…” – Tacir Şahmalıoğlu•Sabah 30 kənddə qaz olmayacaq – Xəbərdarlıq•Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi•“Ceyhun Sabunçu”nun qətlinə görə həbs edilənlərin daxil olduğu şəbəkə hədə-qorxu ilə pul tələb edirmiş•

Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin direktoru təyin edilib.

Mecra.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin məlumatında bildirilib.

Qeyd edək ki, Ramil Əmənov 2003-cü ildə Gəncə Dövlət Universitetində “Tarix” ixtisası üzrə bakalavriat, 2009-cu ildə isə Lənkəran Dövlət Universitetində “Azərbaycanın yeni və ən yeni tarixi” ixtisası üzrə magistratura təhsili alıb.

Əmək fəaliyyətinə ümumtəhsil müəssisələrində pedoqoq kimi başlayıb. Daha sonra müxtəlif dövlət orqanlarında, həmçinin Cəlilabad rayon İcra Hakimiyyətində şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində dövlət qulluqçusu kimi çalışıb. 2025-ci ildə Peşə Təhsili üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub. 2026-cı ilin yanvar ayından etibarən Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsinin icrası ona həvalə edilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt